“Məhdudiyyətsiz həyat”

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin 12 nəfərlik nümayəndə heyəti festivalda iştirak etmək üçün Moskvaya səfər etmişlər.

Avqust ayının 25-27-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Məhrumiyyətsiz həyat” (“Jizn bezqraniçnıx vozmojnostey”) adlı əlilliyi olan və sağlamlıq imkanları məhdud olan gənclərin VI İncəsənət Festivalı keçirilib. Festivalı Rusiya Federasiyasının Prezidentinin göstərişi ilə ayrılmış maliyyə dəstəyi ilə Moskva Dövlət Humanitar-İqtisad Universiteti həyata keçirib. MDHİU-nun rektoru, professor Vaqif Bayramov festivalın açılışında vurğulayıb ki, böyük sosial əhəmiyyətə malik olan bu festivalın keçirilməsində əsas məqsəd xüsusi istedada malik əlilliyi olan gənclərin aşkar edilməsindən, onların fəal həyata daha çox inteqrasiyasına dəstək göstərilməsindən ibarətdir.

Festivalda Rusiyanın hər yerindən gəlmiş sağlamlıq inkanları məhdud 16-25 yaş arası gənclər iştirak ediblər. Festivalın sonuncu günü Universitetin rektoru və festivalın Təşkilat Komitəsinin sədri Vaqif Bayramov 7 nominasiya üzrə qalib olan gənclərə xüsusi mükafatlar təqdim edib.

Festivalda Rusiya Federasiyası Prezidentinin sosial layihələr üzrə şöbə müdirinin müavini S.A.Nujdina, Rusiya Dövlət mükafatı laureatı, kulturologiya üzrə elmlər doktoru, professor Humət Əliyev, Moskva Rəssamlar İttifaqının üzvü, heykəltaraş Bəxtiyar Məmmədov və bir çox dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər. Qonaqlar arasında Azərbaycan Respublikasının xalq artisti, SSRİ Xalq Artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, dünyaşöhrətli opera müğənnisi Fidan Qasımova, fəlsəfə doktoru Hacı Nuran Hüseynov da var idi.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev bildirib ki, festivala qarşılıqlı əməkdaşlıq edilən MDHİU tərəfindən fəxri qonaq kimi dəvət olunmuşdular və xüsusi istedada malik əlilliyi olan gənclərə dəstək məqsədi ilə əliboş getməmişdilər. İctimai Birliyin nəzdində fəaliyyət göstərən uşaqlardan ibarət rəqs qrupunun ifasında “Azərbaycan rəqsi” və “Şərq rəqsi”, eləcə də İctimai Birliyin üzvü olan gənc müğənni Kamil Ağayevin ifasında korifey sənətkarımız Müslüm Maqomayevin “O dəniz, dəniz” (“O more, more”) mahnısı festival iştirakçılarına gözəl təsir bağışlamış, onlarda ruh yüksəkliyi yaratmışdır.

İctimai Birlik tərəfindən festivala xüsusi dəvət olunmuş Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri Vüqar İmaməliyev “Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri ilə tədbirdən əvvəl şəxsən görüşmüş, dəvət üçün təşəkkürünü bildirmuş və səfir Polad Bülbüloğlunun salamlrını və xoş arzularını çatdırmışdir. 

Sonradan Vüqar İmaməliyev festival iştirakçılarını səfir Polad Bülbüloğlunun adından və öz adından salamlayarkən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin nümayəndə heyətinin çıxışının Azərbaycan Respublikasının əlilliyi olan gənclərə göstərdiyi dəstəyin bariz nümunəsi olduğunu vurğulamışdır. Hər iki ölkənin Təhsil və Mədəniyyət Nazirliklərinin xətti ilə keçirilən belə tədbirlərin davamlı olmasını arzuladı və bu sahədə lazım olan köməkliyi əsirgəməyəcəyini söylədi.

İctimai Birliyin sədri Tahir Xudiyev rəqs qrupunun xoreoqrafı Kamil Ağayevin təşəbbüsü ilə qısa bir müddətdə hazırlanın rəqs barəsində xüsusi həvəslə qeyd etdi ki, Rusiyanın müxtəlif yerlərindən festivalda iştirak edən bir qrup gənclərlə (hətta əlil arabasında olan bir gənc qızla) İctimai Birliyin qızlardan ibarət rəqs qrupu ilə birgə hazırlanan “Şərq şahzadəsi” (Vostoçnaya koroleva) adlı rəqsi böyük marağa səbəb olmuşdur. Tahir müəllim bildirdi ki, rəqs edən qızlardan biri daun xəstəsi, biri gözdən əlil, ikisi lal-kar, əlil arabasında olan “Şahzadə” isə iflic xəstəsi idilər. Xəstə olduğu 6 il ərzində “Şahzadə”(Olqa) xəstəliyinə görə utandığından özünə qapanaraq bütün tədbirlərdən uzaq durduğunu, birinci dəfə olaraq belə bir rəqsə qatıldığını və bu rəqsdən böyük zövq aldığını bildirdi, hətta təəsirlənərək kövrəldi. Qısa bir müddətdə, cəmi 4 saat ərzində aparılan məşqdən sonra əlilliyi olan qızların belə gözəl etməsi Universitetin rəhbərliyi və tədbir iştirakçılarına heyrətamiz təsir bağışladı və onlar tərəfindən alğışlarla qarşılandı.

Festvalda hər bir çıxış üçün konkret vaxt ayrılmışdı. “Şərq şahzadəsi” (Vostoçnaya koroleva) rəqsində iştirak edən qızlar əvvəldən müəyyən edildyi kimi başqa çıxış etməli idilər. Lakin təsadüfən və təbii bir istəkdən yaranan bu rəqs nömrəsi təşkilatçılar tərəfindən bəyənildiyi üçün xüsusi olaraq proqrama əlavə edildi. Rəqs edən qızların geyimlərində Azərbaycandan aparılan milli geyimlərimizin aksessuarlardan istifadə edildi.

Əlilliyi olan və fiziki məhdudiyyətli gənclərin asudə vaxtlarında təşkil edilən əyləncələr vaxtında da “Beynəlxalq Əlillər Cəmiyyəti” üzvlərinin ifa etdiyi müxtəlif rəqs nömrələri və mahnılar onlarda Azərbaycan milli rəqslərinə və müsiqisinə böyük maraq və həvəs oyatdı. Odur ki, Kamil Ağayevdən onlara Azərbaycan milli rəqslərinin elementlərini öyrətməyi xahiş etdilər və böyük həvəslə öyrəndilər.  Kamil Ağayevin ifa etdiyi mahnılar onların o qədər xoşuna gəldi ki, sonda ondan yenə də daha bir mahnı ifa etməyi xahiş etdilər.

Universitetin rektoru, professor Vaqif Bayramov çıxışında rəsmi qarşılıqlı əməkdaşlıq edilən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin nümayəndələrinin əlilliyi olan gənclərə göstərdiyi bu dəstəyi yüksək qiymətləndirmişdır. Bunun üçün hətta təyyarə və qatara bilet tapmadığından Tahir Xudiyevin uşaqları öz şəxsi minik maşını ilə 2500  kilometr məsəfə qət edərək gətirməsini xüsusi vurğuladı. “Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri festivalda göstərdikləri dəstəyə görə Təşkilat Komitəsi tərəfindən xüsusi mükafatlandırıldı. Hətta İctimai Birlik 2017-ci ildə də keçiriləcəyi nəzərdə tutulmuş VII festivala da indidən dəvət olunmuşdur. Göstərilən bu diqqətə görə rəqs qrupunun üzvü  Nərgiz Əliyeva və Kamli Ağayev İctimai Birlik adından təşəkkürlərini bildirdilər.

Sonda İctimai Birliyin Mədəniyyət Mərkəzinin rəhbəri Sayad Quliyeva qeyd etdi ki, biz Universitetin rektoru Vaqif Bayramovun bütün tələbələrə bir ata qayğısı ilə yanaşdığının şahidi olduq.

https://www.youtube.com/watch?v=kQUhtKKc3xQ  Tahir Xudiyev bu səfərdə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin əməkdaşlarına göstərdiyi mənəvi dəstəyə görə müstəqil ekspert, ədliyyə müşaviri Fərman Rzayevə dərin minnətdarlığını bildirdi.

“Əlillər Dünyası” qəzetindən     01.09.2016

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA