“Şərq nağılı”

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə sentyabr ayının 21-23-də Bakıda əlilliyi olan gənclərin “Şərq nağılı” Beynəlxalq Yaradıcılıq Festivalı keçirildi. Festivalda Azərbaycanla yanaşı, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Moldova və Litvadan olan gənclər iştirak edirdilər. Festivalın açılışında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev festivalda 7 ölkədən 100 nəfər, ölkəmizdən isə təxminən 200 nəfər gəncin  iştirak etdiyini bildirdi. İntiqam Babayev bu festivalın yalnız gənclərin istedadlarının aşkara çıxarılmasına deyil, həm də ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğuladı.

Sonra iştirakçıların ifasında bir-birindən maraqlı kompozisiyalar, mahnı və rəqslər qonaqlara təqdim olundu. Hamıya ən çox təsir göstərən və alqışlarla qarşılanan isə Moskva Dövlət Humanitar-İqtisad Universitetinin 1-ci qrup əlilliyi olan tələbələrinin təqdim etdiyi və böyük məharətlə ifa etdiyi rəqslər oldu.

Sentyabrın 23-dək davam edən festival çərçivəsində müsabiqə proqramları, ustad dərsləri, şəhərimizin tarixi yerlərinə ekskursiyalar, “dəyirmi masa”lar və digər tədbirlər, eləcə də əlilliyi olan gənclərin əl işlərindən ibarət satış-sərgi təşkil edildi.

Gənclər və İdman Nazirliyi tərəfindən rəsmi dəvətlilər sırasında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri də var idi. Sədr Tahir Xudiyev bildirdi ki, bu tip tədbirlər öz istedadlarını nümayiş etdirmək üçün əlilliyi olan insanlara böyük şans verir, həmiçinin onların həyata inteqrasiyasına mühüm təsir göstərir. Onu da qeyd edək ki, festivalın açılışında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Mədəniyyət Şöbəsinin uşaqlardan ibarət rəqs qrupu müasir “Azəri” rəqsi ilə iştirakçıları salamladılar. Festivalın sonuncu günü “Hilton” oteldə təşkil edilən Qala konsertdə isə İctimai Birliyin Mədəniyyət Şöbəsinin əməkdaşı, gənc müğənni Kamil Ağazadə ifa etdiyi Müslüm Maqomayevin “Azərbaycan “ mahnısı ilə alqışlarla qarşılandı. “Şərq Nağılı” əlilliyi olan gənclərin Beynəlxalq Yaradıcılıq Festivalında iştirakına görə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Gənclər və İdman Nazirliyi tərəfindən Diplomla təltif olundu.    

“Əlillər Dünyası” qəzetindən,

24 sentyabr, 2016-cı il

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA