“Əlillər Dünyası” qəzeti və QHT əməkdaşları İmişli rayonunda olmuşlar
“Əlillər Dünyası” qəzeti və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin əməkdaşları İmişli rayonunda yaşayan Qarabağ əlilləri və digər kateqoriyadan olan əlillərlə, azadlığa yenicə çıxmış məhbuslarla, eləcə də imtiyazlı məhbusların öz müraciətləri əsasında onların ailələri ilə görüş keçirmişlər. Hər iki təşkilatın əməkdaşları bu aztəminatlı, köməyə ehtiyacı olan ailələrin sosial vəziyyətləri ilə yerindəcə maraqlanmış, xüsusi qeydlər aparmış və onların öz xahişləri ilə elə həmin gün də “Əlillər Dünyası” qəzeti vasitəsi ilə onların sosial problemlərinin həlli ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinə rəsmi müraciət olunmuşdur.
Bundan başqa həmin imkansız ailələrə ərzaq yardımı da edilmişdir.
“Əlillər Dünyası” qəzetindən
09.11.2016