Xəzər Universitəsinin əlilliyi olan tələbələrə qayğısı

        Bu gün Tempus, ESFİDİP və Xəzər Universitəsinin birgə təşkilatçılığı ilə “Əlilliyi olan tələbələr üçün Azərbaycanın ali təhsil müəssisələrində bərabər imkanlar” adlı beynəlxalq konfrans keçirildi. Xəzər Universitəsində keçirilən tədbiri giriş sözü ilə açan Universitənin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı tədbir iştirakçılarını salamlamış, Universitədə əlilliyi olan tələbələr üçün lazımi şəraitin yaradılmasından, onların da digər tələbələr kimi bərabər imkanlara malik olmalarından danışdı. 

ƏƏSMN-nin əməkdaşı Vüqar Həsənov ingilis dilində çıxış edərək Azərbaycanda əlilliyi olan tələbələrin ali təhsil almasına dövlət qayğısından danışdı, ESFİDİP layihəsinin  icrası zamanı əldə olunan nailiyyətlər və qarşıya çıxan çətinliklərin necə aradan qaldırılması barədə ƏTİ-nın sədri Davud Rəhimli məlumat verdi. Təhsil Nazirliyinin əməkdaşı Anar Xələfov respublikamızda əlilliyi olan tələbələrin ali təhsilinin vacibliyi barədə danışmaqla yanaşı konfrans iştirakçılarının suallarını ətraflı cavablandırdı. 

İngilis dilində konfrans iştirakçılarını salamlayan Gəncə Dövlət Universitetinin əməkdaşı Ruslan Məmmədov və Naxçıvan Dövlət Universitetinin prorektoru Şamxal Məmmədov regionlarda əlilliyi olan tələbələrin təhsilə cəlb edilməsində onlara göstərilən dəstək barədə əhatəli və maraqlı çıxışlar etdilər.

Polşanın Lodz Universitetinin əməkdaşları Katarzyna Riley və Mag Gabriela Matczak, Avstriyanın Qrats Universitetinin əməkdaşı Elizabeth Singer əlilliyi olan tələbələrin ali təhsilə cəlb edilməsində Avropa təcrübəsindən danışdılar.

Layihənin icrasında tərəfdaş universitetlər olan Xəzər Universitəsinin əlilliyi olan tələbəsi Nurlanə Cəfərova öz çıxışında əlilliyi olan tələbələrin nailiyyətləri barədə danışdı.

Səhhətindəki ciddi problemlə əlaqədar olaraq Konfransda şəxsən iştirak edə bilməyən  1-ci qrup əlil, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Orxan Adıgözəl skayp vasitəsi ilə canlı bağlantıda bu layihənin həyata keçirilməsindəki nailiyyətlərdən danışdı.

Sonda ESFİDİP layihəsinin rəhbəri Rima Məmmədova layihənin uğurla tamamlanmasından danışdı və iştirakçılara təşəkkürünü bildirdi.

Konfransda iştirak edən “Əlillər Dünyası” qəzetinin Baş redaktoru və “Beynəlxalq Əlillər Cəmiyyəti”nin sədri Tahir Xudiyev qonaqlarla söhbəti zamanı ötən illərdə Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə İctimai Birlik tərəfindən uğurla  həyata keçirilmiş əlilliyi olan şagirdlərin fərdi və inkluziv təhsilinə həsr edilən iki layihə barədə məlumat verdi və bu layihələrin əhəmiyyətini vurğuladı.

Tədbirdə digər dövlət və qeyri-hökumət təşkilatları, ictimaiyyət və KİV nümayəndələri ilə yanaşı Ombudsman Aparatının Hüquqi Maarifləndirmə Sektorunun müdiri Müqalib Mahmudov, “Əlillər Dünyası” qəzetinin əməkdaşları “Beynəlxalq Əlillər Cəmiyyəti”inin üzvü, parapsixoloq Qismət Allahverdiyev və İB-in Qarabağ üzrə Koordinatoru Ələddin Abbasov da iştirak edirdilər.

 

16.05.2017

“Əlillər Dünyası” qəzetindən

                                      

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA