QHT ÜZVLƏRİ MUĞAM KONSERTİNDƏ

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlilliyi olan insanlar və məhbusların özlərinin və ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihə həyata keçirir. Layihənin məqsədi həmin kateqoriyalı insanların sosial problemlərinin öyrənilərək müsbət həllinə nail olmaqdan, bu istiqamətdə onlarla maarifləndirmə işləri aparmaqdan ibarətdir.

Layihə çərçivəsində “Beynəlxalq  Əlillər  Cəmiyyəti” əlilliyi olan və imkansız üzvlərinin, eləcə də onların ailə üzvlərinin asudə vaxtının maraqlı və səmərəli təşkilini də təmin edir. Bu yaxınlarda Cəmiyyətin 300 nəfər üzvü Beynəlxalq Muğam Mərkəzində məşhur muğam ustalarının konsertindən böyük zövq aldıqlarını bildirdilər. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə təşəkkür etdilər.

“Əlillər Dünyası” qəzetindən

27.05.2017

 

                            

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA