QHT ÜZVLƏRİ MUĞAM KONSERTİNDƏ
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlilliyi olan insanlar və məhbusların özlərinin və ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihə həyata keçirir. Layihənin məqsədi həmin kateqoriyalı insanların sosial problemlərinin öyrənilərək müsbət həllinə nail olmaqdan, bu istiqamətdə onlarla maarifləndirmə işləri aparmaqdan ibarətdir.
Layihə çərçivəsində “Beynəlxalq Əlillər Cəmiyyəti” əlilliyi olan və imkansız üzvlərinin, eləcə də onların ailə üzvlərinin asudə vaxtının maraqlı və səmərəli təşkilini də təmin edir. Bu yaxınlarda Cəmiyyətin 300 nəfər üzvü Beynəlxalq Muğam Mərkəzində məşhur muğam ustalarının konsertindən böyük zövq aldıqlarını bildirdilər. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə təşəkkür etdilər.
“Əlillər Dünyası” qəzetindən
27.05.2017