Qarabağ müharibəsi əlili “Beynəlxalq Əlillər Cəmiyyəti”nə müraciət etmişdir

       “Beynəlxalq Əlillər Cəmiyyəti” İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlilliyi olan insanlar və məhbusların özlərinin və ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihə həyata keçirir. Layihənin məqsədi  qaçqın, məcburi köçkün, müharibə veteranları, Qarabağ əlilləri, bütün kateqoriyalı əlilliyi olan insanlar, məhbusların özlərinin və ailə üzvlərinin sosial problemlərinin öyrənilərək müsbət həllinə nail olmaqdan, bu istiqamətdə onlarla maarifləndirmə işləri aparmaqdan, həmçinin məhbusların hələ Cəza Çəkmə Müəssisələrindən başlayaraq həyata adaptasiya və reabilitasiyasına köməklik göstərməkdən ibarətdir.

Layihə çərçivəsində İmişli rayonundan 3-cü qrup Qarabağ müharibəsi əlili Ağayev Abuzər Mirqayıl oğlu Ağayevlər ailəsinin problemləri ilə bağlı müraciət etmişdir. İB-in əməkdaşları Ağayevlər ailəsinin problemləri ilə daha yaxından tanış olmaq üçün bu yaxınlarda təkrarən İmişli rayonunda onların ailəsində olmuşlar. Həmin vaxt Abuzər Ağayevin atası Mirqayıl Ağayevin yas mərasiminə təsadüf edib. İctimai Birliyin əməkdaşları və layihədə könüllü iştirak edən AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktor müavini Füzuli Kərimov yas mərasimində iştirak etmişlər. Ailənin başçısı Mirqayıl Ağayev  rəhmətə gedəndən bir gün sonra isə Abuzərin anası beyninə qansızma nəticəsində koma vəziyyətinə düşüb. Buna baxmayaraq ev sahibləri əməkdaşlarımızla söhbət edərək öz problemlərini bölüşmüşlər. Abuzər Ağayevin qardaşı Mirələm 3-cü qrup gözdən əlildir, sol gözü tamamilə görmür. Bacısı Şəhlanın həyat yoldaşı məhkumluq həyatı keçirir. Kənd camaatı ilə söhbət zamanı məlum oldu ki, yeznələri Valeh Bayramovun 7 saylı CÇM-da məhkumluq həyatı yaşamasına baxmayaraq, Ağayevlər ailəsi çox mədəni, ziyalı, camaat arasında böyük nüfuza malik olan bir ailədir. 7 saylı CÇM-da cəza çəkən Valeh Bayramovun evi özlərinin dediyinə görə 2012-ci ildə baş vermiş daşqın nəticəsində qəzalı vəziyyətə düşmüş, 2016-cı ildə isə bədbəxt hadisə nəticəsində tamamilə yanmışdır. Bununla bağlı ailə tərəfindən İmişli Rayon İcra Hakimiyyətinə 3 aydan artıqdır ki, rəsmi müraciətlər edilsə də məktubları rəsmən cavablandırılmayıb. 

Abuzər Ağayevin qardaşı Mircahidin qızı 8 yaşlı Fatimə qan xərçəngindən əziyyət çəkir. Mircahid qızı Fatimənin müayinə və müalicə olunması üçün İctimai Birlik vasitəsi ilə  Səhiyyə Nazirliyindən köməklik istəyir.

Abuzər Ağayev özü isə 3-cü qrup Qarabağ müharibəsi əlilidir. Aldığı güllə yaralarının fəsadları olaraq sonradan əməliyyat olunmuş, aşağı ətrafının damarları çıxarılmış, infark keçirmişdir. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müayinə olunmuş, Elmi Tədqiqat Kardiologiya İnstitutunda uzun müddət müalicə almışdır.Hazırda səhhətində çox ciddi problemlər var. Abuzər Ağayevin əlilliyinin gücləndirilərək 3-cü qrupdan 2-ci qrupa keçirilməsi üçün TSERAS-a 2 dəfə göndəriş verilsə də dəfələrlə müalicə almasına baxmayarq, yenidən müalicə alması bəhanəsi ilə imtina edilmişdir. 3-cü qrup Qarabağ əlili Abuzər Ağayev əlilliyinin gücləndirilərək 2-ci qrupa keçirilməsi işində problemlərlə rastlaşdığı üçün İctimai Birliyin əməkdaşlarından köməklik göstərməyi xahiş etmişdir.

        Bu problemlərlə bağlı İctimai Birlik tərəfindən aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ediləcəkdir.

         Abuzər Ağayevin səhhətindəki hazırkı ciddi problemlər vətən uğrunda gedən döyüşlərdə aldığı güllə yarasının fəsadlarıdır. Vətən uğrunda sağlamlığını itirmiş vətəndaşlarımıza qarşı bəzi məmurlar tərəfindən gösrətlirən bu cür biganə, laqeyd münasibət həmin kateqoriyadan olan vətəndaşlar arasında düzgün başa düşülmür və bunu özlərinə qarşı ögey münasibət kimi qəbul edirlər. Fikrimizcə, vətən uğrunda həqiqətən döyüşən müharibə veteranları və əlillərə, eləcə də dövlətin digər sahələrində böyük xidmət etmiş insanlara göstərilən diqqət və qayğı gənclərimizin vətənpərvər ruhda böyümələrinə səbəb olar.  

Mətbuat xidmətindən

30.05.2017

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA