“Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri Ramiz Əzizbəylinin görüşündə
“Beynəlxalq Əlillər Cəmiyyəti”nin (BƏC) sədri Tahir Xudiyev, BƏC-in Mətbuat Xidmətinin rəhbəri, şair Rauf İlyasoğlu, BƏC-in üzvü, 2-ci qrup əlil Ənvər Məmmədxanlı Azərbaycanın tanınmış kino rejissoru və aktyoru, Azərbaycanın xalq artisti, professor Ramiz Əzizbəylini ziyarət etdilər. Xalqın sevimlisi olan Ramiz Əzizbəyli uzun müddədir ki, yataq xəstəsidir. Sevimli aktyorumuz QHT əməkdaşlarını sevinclə qarşılamış, bu ziyarətdən çox məmnun olduğunu bildirmişdir.
Görüşdə Güney Azərbaycanının Zəncan şəhərindən gəlmiş şair Rza Dejban Əlfiyad oğlu da iştirak edirdi. O, Güneyli qardaşlarımızın salamını və böyük sayqılarını çatdırmış, həqiqətən də xalqın sevimlisi olan Ramiz müəllimlə bu görüşün onun üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Ramiz müəllim müəllifi olduğu “Cızma-qaralar” kitabını avtoqrafı ilə qonaqlarına hədiyyə etmişdir.
Məlahət Abdullayeva
“Əlillər Dünyası” qəzetindən
31.05.2017