“Beynəlxalq Əlillər Cəmiyyəti” layihəni davam etdirir

   “Beynəlxalq Əlillər Cəmiyyəti” İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlilliyi olan insanlar və məhbusların özlərinin və ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihə həyata keçirir. Layihənin məqsədi  qaçqın, məcburi köçkün, müharibə veteranları, Qarabağ əlilləri, bütün kateqoriyalı əlilliyi olan insanlar, məhbusların özlərinin və ailə üzvlərinin sosial problemlərinin öyrənilərək müsbət həllinə nail olmaqdan, bu istiqamətdə onlarla maarifləndirmə işləri aparmaqdan, həmçinin məhbusların hələ Cəza Çəkmə Müəssisələrindən başlayaraq həyata adaptasiya və reabilitasiyasına köməklik göstərməkdən ibarətdir.

      

Layihə çərçivəsində Hacı-Qabul rayonundan Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı Əddim Şükürov İctimai Birliyə məktubla müraciət etmişdir. Layihənin rəhbəri Tahir Xudiyev, layihədə könüllü iştirak edənlər-AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktor müavini Füzuli Kərimov və İB-in üzvü Əliyəddin Abbasov may ayının 30-da  Hacı-Qabul rayonunda Əddim Şükürovun ailəsidə olmuş, problemləri ilə yerindəcə maraqlanmışlar.

Əddim Şükürov bildirmişdir ki, onun 1979-cu il təvəllüdlü oğlu Vüsal Şükürov həqiqi hərbi xidməti başa vurub qayıtdıqdan sonra açıq yaralı vərəm xəstəliyinə tutulmuşdur. 2016-cı ildə Şirvan Şəhər Xəstəxanasında 8 ay müalicə olunmuş, hazırda da müalicəsi davam edir. Öz hüquqlarını bilməyən Vüsal Şükürov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan xəstəliyi ilə bağlı rəy alınması işində çətinlik çəkdiyi üçün bu işdə köməklik göstərməyi İctimai Birlikdən xahiş etmişdir.

   

  Onu da qeyd edək ki, Əddim Şükürov özü təqaüdçüdür, heç yerdə işləmir.

İyun ayının 2-də layihənin rəhbəri T.Xudiyev,  layihədə könüllü iştirak edənlər- İB-in Qarabağ üzrə koordinatoru, müharibə veteranı Əliyəddin Abbasov və İB-in üzvü, 2-ci qrup əlil Həsən Quliyev Vüsal Şükürovla birgə Ağ Ciyər Xəstəlikləri İnstitutunda olmuş, Baş həkim İmamverdi Rzayevlə görüşmüşlər. Onlar bildirmişlər ki, ilk baxışdan Ag Ciyər Xəstəlikləri İnstitutunda baş vermiş müsbət dəyişikliklər, nizam-intizam onlara xoş təsir bağışlamışdır. Baş həkim İmamverdi Rzayevlə görüşdən sonra onun əvvəllər Daxili Qoşunların Hospitalında Baş cərrah, sonra Hospitalın Tibb xidməti rəisi vəzifəsində işlədiyi məlum olmuşdur. İnstitutda gördükləri bu dəyişikliklərin əsil həbrçi qayda-qanununu, nizam-intizamını xatırlatmasının hardan qaynaqlanması bəlli olub. 

     

   Xəstə Vüsal Şükürov xəstəliyə həqiqi hərbi xidmət keçdiyi zaman yoluxduğu üçün vaxtından əvvəl ordudan tərxis olunması, sonra 8 ay Şirvan Şəhər Xəstəxanasında müalicə alması barədə sənədləri Baş həkimə təqdim etmişdir. Müayinədən sonra Baş həkim 8 ay müalicə almasına baxmayaraq Vüsalın səhhətində heç bir müsbət dəyişikliklərin olmadığını bildirdikdə Vüsal Şirvan Şəhər Xəstəxanasınının vərəm şöbəsinin antisanitar, təsəvvür edilməyən dərəcədə çox acınacaqlı bir vəziyyətdə olduğunu söyləmişdir. Baş həkim bundan çox təəssüf hissi keçirdiyini və səhiyyə nazirinə bu barədə tezliklə məruzə edəcəyini bildirmişdir.

        Ag Ciyər Xəstəlikləri İnstitutunda xüsusi tibbi komissiyadan keçdikdən sonra Vüsal Şükürova xəstəliyi ilə əlaqədar illərlə ala bilmədiyi tibbi rəy verilmişdir.   

     Vüsal Şükürov yaxın qohumu Qədir Qədirovla birgə İctimai Birliyin ofisində olmuş illərlə üzləşdiyi problemi tez bir zamanda həll etdiyi üçün “Beynəlxalq Əlillər Cəmiyyəti”nin əməkdaşlarına təşəkkürünü bildirmişdir.  

Məlahət Abdullayeva,

“Əlillər Dünyası” qəzetindən

02.06.2017

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA