“Özünlə fəxr et”in imza günü

     İyun ayının 21-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində 1-ci qrup əlilliyi olan gənc yazar Samir İmanovun növbəti kitabının imza günü keçirildi.  “Özünlə fəxr et” adlı bu kitab Samir İmanovun əlilliyi olan insanların həyatına, düşüncələrinə həsr etdiyi ikinci kitabıdır. Samirin “Hədəfdəki insan” adlı birinci kitabında da yalnız özünün deyil, başqalarının da fəxr edə biləcəyi əlilliyi olan insanın həyatından  bəhs edilirdi.

                        1981 -ci ildə Sumqayıt şəhərində anadan olan Samir İmanov uşaq yaşlarından serebrial iflic və hemofiliya xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq ağır xəstəliklərə mətanətlə sinə gərib. Hazırda  bədii yaradıcılıqla məşğuldur. Onun “Özünlə fəxr et'' kitabının təqdimatı aprel ayında Bakıdakı “Ata Türk” mərkəzində keçirilib. Bu kitabının imza günündə də  Samir İmanovu sevən, dəstəkləyən digər qonaqlarla yanaşı Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezeidenti Adil Əliyev də iştirak edirdi. Öz sadəliyi, səmimiliyi ilə daim köməyə ehtiyacı olan insanların yanında olan Adil Əliyev çıxışında “Özünlə fəxr et” kitabının hamı üçün bir örnək olduğunu, fiziki qüsuru olan insanlara hər vaxt diqqət göstərməyin lazım olduğunu qeyd etdi.

                                 Müəllif  öz çıxışında söylədi ki, Azərbaycanda əlilliyi olan insanlarla bağlı ilk kitab yazan odur və kitabı yazmaqda əsas məqsəd, əlilliyi olan insanlarda ruh yüksəkliyi yaratmaq, onlara faydalı ola biləcək məsləhətlər vermək, mövcud problemləri qabardaraq, onların həllinə müəyyən qədər nail olmaqdır. Eləcə də əlilliyi olan insanları cəmiyyətə düzgün şəkildə təqdim etməkdir.

       Tədbirdə dövlət və qeyri-hökumət təşkilatları, KİV və ictimaiyyət nümayəndələri, iş adamları iştirak edirdilər.

Məlahət Abdullayeva,

“Əlillər Dünyası” qəzetindən

22.06.2017

 

 

                                                           

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA