“Beynəlxalq Əlillər Cəmiyyəti” İB növbəti layihəsini başa çatdırdı

Məlumat verdiyimiz kimi “Beynəlxalq Əlillər Cəmiyyəti” İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlilliyi olan insanlar və məhbusların özlərinin və ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihə icra edirdi.

Bu gün İctimai Birliyin qarşılıqlı əməkdaşlıq etdiyi  AMEA Hüquq və İnsan Haqları İnstitutunda təşkil edilən Mətbuat Konfransı həm layihənin yekun hesabatına, həm də layihə çərçivəsində hazırlanmış “İmtiyazlı vətəndaşlar üçün qanunlar toplusu” adlı elektron kitabın təqdimatına həsr edilmişdi. Tədbiri giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini, professor Lalə Əhmədova HİHİ-nun direktoru, hüquq elmləri doktoru, millət vəkili Aytən Mustafayevanın adından tədbir iştirakçılarını salamlamış və İnstitutun və qarşıqlı əməkdaşlıq etdikləri “Beynəlxalq Əlillər Cəmiyyəti”nin insanların hüquq və azadlıqları yolunda gördükləri işlərin təqdirəlayiq olmasından danışdı, eləcə də İctimai Birliklə əməkdaşlıq çərçivəsində əvvəllər də həyata keçirilən əməli tədbirləri  nəzərə çatdırdı.

3 ay davam edən layihə ərzində həmin kateqoriyadan olan 10-larla şəxslərin sosial problemləri öyrənilərək müsbət həllinə nail olunmuş, bu istiqamətdə onlarla maarifləndirmə işləri aparılmış, həmçinin məhbusların hələ Cəza Çəkmə Müəssisələrindən başlayaraq həyata adaptasiya və reabilitasiyasına köməklik göstərilmişdir. Bu barədə bu gün keçirilən Mətbuat Konfransında “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri və layihənin rəhbəri Tahir Xudiyev məlumat verdi. Tahir Xuduyev onu da əlavə etdi ki, təqdim olunan “İmtiyazlı vətəndaşlar üçün qanunlar toplusu” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maillyə dəstəyi ilə həyata keçrilən layihə zamanı elektron variantda hazırlanmışdır. Bundan əlavə, həm də İB-in Hüquqi işlər üzrə təlimatçısı, Ədliyyə müşaviri Fərman Rzayevin xeyriyyəçiliyi ilə isə layihədən kənar olaraq nəşr edilib. Kitab hər iki variantda tədbir iştirakçılarına təqdim edildi.

Çıxış edənlər- Ombudsman Aparatının Elmi-analitik sektorunun müdiri Mahir Məmmədov, AMEA HİHİ-nin Dövlət və konstitusiya hüququ şöbəsinin müdiri, hüquq elmləri doktoru Ayxan Rüstəmzadə,  tibb elmləri fəlsəfə doktoru Aynur Qəhrəmanova, “Həsrət Yolu” ƏGKİB-n sədri, AMEA HİHİ-nin böyük elmi işçisi Esmira Orucova, “İdeal Sülhün Təbliği Fondu”nun sədri Hacı Əlikram Müzəffər, ADU-nin professoru, BİSTF-nin vitse-prezidenti Məhəmməd Teymurlu, “Bacarıqlı Əllər Dünyası” İB-in sədri Azadə Məmmədova, ETTİB-im sədri Səriyyə Müslümova, Qarabağ müharibəsi veteranı, Şuşadan məcburi köçkün Umudvar Məmmədli yeni nəşrin bəzi vətəndaşlar üçün öz hüquq və vəzifələrini öyrənməsi baxımından çox  əhəmiyyətli olmasından, həmçinin “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in bu istiqamətdə gördüyü dəyərli işlərdən danışmışlar. Bu baxımdan “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının qanunvericilik aktlarının təbliği ilə bağlı olan hər bir yeni nəşrlərin hazırlanması və geniş ictimaiyyətə tədqim olunması xüsusi ilə diqqətə layiqdir.

Tədbirdə İB tərəfindən köməklik göstərilən bir neçə imtiyazlı şəxslər də iştirak edirdi. Onlar İctimai Birlik tərəfindən nəinki layihə zamanı, eləcə də layihədən kənar vaxtlarda da köməyə ehtiyacı olan insanlara daima dəstək göstərildiyinin, ictimai vəkillik edilərək hüquqlarının müdafiə edilməsinin şahidi olduqlarını söylədilər. Həmçinin yenicə azadlığa çıxmış keçmiş məhbus söylədi ki, “İB-in sədri Tahir Xudiyev mən həbsdə olduğum müddətdə qanunvericiliklərə istinad edərək  daima mənim savadsız ailəmə, eləcə də həbsdən azad olunduqdan sonra mənim özümə böyük köməklik göstərmişdir”.

Tədbirdə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri və 2003-cü ildən fəaliyyət göstərən “Əlillər Dünyası” qəzetinin təsisçisi və Baş redaktoru Tahir Xudiyevə qəzetin adına və məqsədinə uyğun əməli fəaliyyətinə görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl Qələm” media mükafatı da təqdim olundu. 

Həmçinin “Beynəlxalq Əlillər Cəmiyyəti”nin əlilliyi olan üzvlərinin əl işlərinin satış-sərgisi də təşkil edilmişdi.

14 iyul 2017-ci il

Mətbuat xidməti

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA