“Beynəlxalq Əlillər Cəmiyyəti” İB tədbirə dəvət edir

            Məlumat üçün bildiririk ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB artıq bir neçə ildir ki, 3 Dekabr-Beynəlxalq Əlillər Günü ilə əlaqədar tədbirlər həyata keçirir.

Bu il həmin də 30 noyabr 2017-ci il tarixində saat 11.00-da Nizami rayonunda yerləşən qarşılıqlı əməkdaşlıq etdiyimiz "Xəzər" Universitəsində "Mərmər Zalı"nda "3 Dekabr-Beynəlxalq Əlillər Günü" münasibəti ilə tədbir keçiriləcək. Tədbirə dövlət təşkilatları, xarici ölkə səfirliklərinin nümayəndələri, QHT və ictimaiyyət nümayəndələri dəvət olunmuşlar.

Tədbirin bədii hissəsində 1 saylı Psixiatriya Xəstəxanasının pasiyentlərinin ifasında pantomim şəhnəciklər göstəriləcək, digər  əlilliyi olan insanları, İB-in Mədəniyyət mərkəzinin rəqs qrupu, Azərbaycanın görkəmli incəsənət xadimləri çıxış edəcək, əlilliyi olan istedadlı insanların əl işlərindən ibarət satış-sərgi keçiriləcək. 

İştirak etmək istəyən hər bir kəs dəvətlidir.

Mətbuat Mərkəzi

28.11.2017

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA