"Beynəlxalq Əlillər Cəmiyyəti" Şuranın dəstəyi ilə layihəyə start verdi

           "Beynəlxalq Əlillər Cəmiyyəti" İB 01.05.2018 - 01.09.2018-ci il tarixləri ərzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihə həyata keçirir.  Bu gün qarşılıqlı əməkdaşlıq etdiyimiz AMEA Hüquq və İnsan Haqları İnstitutunda layihənin təqdimatına həsr edilmiş tədbir keçirildi.

            Layihənin rəhbəri və İctimai Birliyin sədri Tahir Xudiyev öncə bu gün Laçın rayonunun ermənilər tərəfindən işğalından 26 il ötməsini təəssüflə qeyd etdi və bütün şəhidlərimizin xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildi.

            Sonra Tahir Xudiyev sözünə davam edərək həyata keçirilən layihənin icrası zamanı qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, eləcə də məhbusların özlərinin və ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemlərinin öyrənilərək həllinə nail olunacağını, bu istiqamətdə onlarla maarifləndirmə işləri aparılacağını, həmçinin məhbusların hələ Cəza Çəkmə Müəssisələrindən başlayaraq həyata adaptasiyasına və reabilitasiyasına köməklik göstəriləcəyini söylədi.

           

İctimai Birliyin İdarə Heyəti üzvü, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova öz çıxışında layihənin sonunda həmin kateqoriyalı insanların həyata adaptasiyası və reabilitasiyası ilə bağlı əlavə təkliflərin  hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim ediləcəyini bildirdi.

           

Çıxış edənlər-"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Sədr müavini, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru, "Qabaqcıl maarif xadimi" Mir Müstəqil Ağayev, İB-in Ağsaqqallar Şurasının üzvü, filologiya elmləri doktoru, “Qızıl Qələm” mükafatı laureatı, metodist-müəllim İmaməddin Zəkiyev, İB-in Baş Hüquq məsləhətçisi və ədliyyə müşaviri Fərman Rzayev, Ombudsman Aparatı Hüquqi Maarifləndirmə Sektorunun müdiri Müqalib Mahmudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Malik Vəlizadə, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Əsmər Musayeva, Mədəniyyət Nazirliyinin əməkdaşı Pərvanə Abdullayeva, Ədliyyə Nazirliyinin əməkdaşı Liza Xanməmmədova, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Azadi Quliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin psixoloqu Səidə Musayeva, "Erməni Təcavüzünün Tanıdılması" İB-in sədri Səriyyə Cəfərova, Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Nigar Ağakişiyeva, "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun prezidenti Sərraf Orucov, "Həkəri" qəzetinin şöbə müdiri Arzu İlyasqızı, "Beynəlxalq İdeal Sülhün Təbliği" Fondunun prezidenti Arzu Hüseynova imtiyazlı vətəndaşların sosial problemlərinin həlli yolunda həyata keçirilən bu layihənin vacibliyindən danışmış və layihənin icraçılarına uğurlar diləmişlər.

           

İctimai Birliyin Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Dillər Universitetinin professoru Məhəmməd Teymurlu "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in ötən il nəşr etdirdiyi "İmtiyazlı vətəndaşlar üçün qanunlar toplusu" adlı kitabın öz hüquqlarını öyrənmələri yolunda vətəndaşlar üçün çox lazımlı bir vəsait olduğunu vurğulamış və İB-in vətəndaşların maarifləndirilməsi yolunda gördüyü işləri yüksək qiymətləndirmişdir.

          

  Stavropol vətəndaşı, "Stavstroy" BTŞ-nin direktor müavini Xatirə Mehdiyeva çıxış edərək Azərbaycan həqiqətlərinin xarici ölkələrdə yayılmasının tərəfdarı olduğunu bildirmiş və  bu istiqamətdə "Beynəlxalq Əlillər Cəmiyyəti " İB ilə əməkdaşlıq təklif etmişdir.

           

Tədbirin sonunda Laçın rayonundan məcburi köçkün, şəhid anası Sevda Kərimova çıxış edərək nəvəsi 1-ci qrup gözdən əlil Nurlananın sosial probleminin həllinə köməklik göstərilməsi üçün "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-yə müraciət etdi.

            Tədbirdə M.F.Axundov adına Milli Kitabxananın və digər dövlət təşkilatlarının, eləcə də QHT, KİV, ictimaiyyət nümayəndələri də iştirak edirdilər.

           

           Məlahət Abdullayeva

            18.05.2018

           

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA