"Beynəlxalq Əlillər Cəmiyyəti" İB Şuranın dəstəyi ilə layihəni davam etdirir

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB Şuranın

dəstəyi ilə layihəni davam etdirir

 

            "Beynəlxalq Əlillər Cəmiyyəti" İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihə həyata keçirir. Layihə ərzində həmin kateqoriyalı insanların problemlərinin həlli istiqamətində işlər görüləcək.

            Layihənin gedişi zamanı İctimai Birliyə bir çox müraciətlər olmuşdur.

            Məcburi köçkün, Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabit Nazir Hüseynov layihənin işçi qrupu ilə görüşərək problemlərini bölüşmüşdür. O, Qarabağ müharibəsi əlili və məcburi köçkün kimi imtiyazları üçün aidiyyəti dövlət təşkilatlarına müraciət etsə də indiyədək heç bir müsbət nəticə əldə olunmadığını bildirmiş, mənzil və avtomobillə təmin olunması işində ona köməklik gəstərməyi İctimai Birlikdən xahiş etmişdir.

Qeyd edək ki, İctimai Birliyin əməkdaşları süründürməşçiliklə rastlaşsalar da, çox çətinliklə olsa da ictimai vəkillik edərək nəhayət ki, Nazir Hüseynovun əlilliyinin 3-cü qrupdan 2-ci qrupa keçirilməsinə və onun maşın növbəsinə götürülməsinə nail oldular. Sonradan Nazir Hüseynov İctimai Birliyə yenidən müraciət edərək illər keçməsinə baxmayaraq, maşın növbəsində heç bir irəliləyiş olmamasından şikayət etdi. İB əməkdaşları tərəfindən aparılan araşdırmalarda məlum oldu ki, N.Hüseynovdan əvvəl növbədə olanlara maşın verilsə də həqiqətən də onun maşın növbəsində heç bir irəliləyiş yoxdur.

Qarabağ əlili, ehtiyatda olan zabit Nazir Hüseynovun həqiqətən də haqlı şikayətininbiz də

canlı şahidiyik. Sabiq nazir Səlim Müslümovun dövründə əlilliyi olan insanlara qarşı edilən qanun pozuntuları, haqsızlıq, ədalətsizlik, süründürməçilikdən çox vətəndaşlar əziyyət çəkirdi. Hamıya məlumdur ki, sosial sahə dövlətinən incə sahələrindən biridir. Lakin ƏƏSMN-nin rayon şöbələrinə təyin olunmuş kadrlar əhalinin həssas təbəqəsi olan əlillərə qarşı daha mülayim, qayğıkeş və anlayışlı olmaq əvəzinə onlarla şəxsiyyətinə toxunacaq tərzdə rəftar edirdilər. Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrindəki xəstə və əlilliyi olan məhbusların əlilliyinin təyin edilməməsi, TSEK-lərin CÇM-lara getməməsi, məhbus əlillərin və digər əlilliyi olan insanların pensiyalarının aylarla gecikdirilməsi, protezlərin əlillərə çatdırılmasında əngəllərin törədilməsi, istehsalatda əlillik almış şəxslərin, Qarabağ əlillərinin arasında ögey-doğmalıq salınması kimi problemlər mövcud idi. Bu problemlərin aradan qaldırılması işində "Beynəlxalq Əlillər Cəmiyyəti" İB ƏƏSMN-nə dəfələrlə yazılı və şifahi müraciətlər etsə də Nazirlik tərəfindən heç bir müsbət cavab alınmamışdır. Qarabağ əlilləri və digər kateqoriyadan olan əlilliyi olan vətəndaşlar İB-yə kütləvi surətdə müraciət edərək bildirirdilər ki, TSEK süründürməçilik edir, Səhiyyə Nazirliyi tərəfindən sənədlərin düzgün doldurulmamasını bəhanə edərək geri qaytarırlar. İctimai Birlik tərəfindən aparılan araşdırmalar nəticəsində bəlli olurdu ki, sənədlər peşəkar həkimlər tərəfindən düzgün doldurulur. TSEK-lərin bu qərəzli yanaşması isə dövlətlə xalq arasında haqlı narazılıq yaradırdı.

İctimai Birlik bununla bağlı mütəmadi olaraq mətbuat səhifələrində çıxışlar etmiş və bu problemlərin həlli üçün möhtərəm Prezident İlham Əliyev cənablarına, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Milli Məclisə müraciətlər etmiş, əlilliyi olan insanların mövcud problemlərinin həlli istiqamətində təkliflər irəli sürmüşdür. İrəli sürdüyümüz təkliflər müsbət dəyərləndirilmiş, Milli Məclisin Plenar iclaslarında müzakirə olunmuşdur. İctimai Birlik əlilliyi olan insanların problemləri ilə bağlı monitorinqləri davam etdirir və bu problemlərin həlli istiqmətində aidiyyəti dövlət təşkilatlarına təkliflər irəli sürür.

Əldə etdiyimiz müsbət nəticələrlə olan narazılıqların müəyyən qədər aradan qaldırılmasıdövlətimizin və prezidentin siyası kursuna dəstək hesab edilə bilər. Bu işləri görmək İctimai Birliyə asan başa gəlməyib, ƏƏSMN-nin sabiq rəhbərliyi tərəfindən daima ögey münasibət görmüşük.Bu da açıq-aşkar ictimiayyət tərəfindən gözdən qaçmırdı...

            Bundan başqa Bakı şəhəri Nərimanov rayonunda yaşayan, Qərbi  Azərbaycanın Göyçə mahalından məcburi köçkün düşmüş Nəsibov Tariel İsgəndər oğlu "Beynəlxalq Əlillər Cəmiyyəti"nə müraciət etmişdir. 9 nəfərdən ibarət bu ailənin 3 üzvü  əlildir - Tariyel özü 2-ci qrup əlil, qızının 2 övladı  isə əlil arabasında 1-ci qrup əlildir, qardaşı Nəsibov Allahyar İsgəndər oğlu 20 yanvar şəhididir. Tariyel Nəsibov yazır ki, Nərimanov rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov və “Araz-2011 A” MMC rəhbərliyi şəhərdə gedən yenidənqurma işləri ilə əlaqədar yaşadıqları binanın sökülərək yerində yeni binanın tikiləcəyini və həmin binada yaşadıqları mənzillərin sahəsinə uyğun olaraq sakinlərə yeni mənzillər veriləcəyini bildirmişlər. Onlar, həmçinin tikintinin 18-20 ay davam edəcəyini və yalnız həmin müddət üçün sakinlərə başqa yerlərdə qalmağa görə kirayə haqqı ödəniləcəyini qeyd etmişlər. Tariyel Nəsibov bu təkliflə razılaşmayaraq 2 nəfər əlil arabasında olan uşaqla, eyni zamanda ailə üzvlərinin sayı çox olduğundan kirayədə yaşamaq onlar üçün çox çətin olacağını bildirmiş və yaşadıqları mənzilin əvəzində onlara düşən yaşayış sahəsinə uyğun olaraq şirkətə məxsus əvvəlcədən tikilmiş binadan və ya digər binadan hazır mənzilin verilməsini xahiş etmişdir.  Lakin, “Araz-2011 A” MMC rəhbərliyi  bu təkliflə razılaşmamış, yalnız tikinti başa çatdıqdan sonra mənzilin verilməsinin mümkün olduğunu bildirmişdir.

            Tariyelin özünün əlilliyi ilə bağlı səhhətinin ağırlığını və əlil arabasında olan 2 nəvəsinin  kirayədən-kirayəyə aparmağın necə agır olacagını təsəvvür etmək çətin deyil. Odur ki, "Beynəlxalq Əlillər Cəmiyyəti"  Nəsibovlar ailəsinin mənzil probleminin həlli üçün aidiyyəti dövlət təşkilatlarına müraciət edərək tezliklə onların daimi yeni yaşayış sahəsi ilə təmin olunmasına nail oldu.

"Beynəlxalq Əlillər Cəmiyyəti"nə müraciıt edən ömürünün 40 ilini pedaqoji fəaliyyətə həsr etmiş 90 yaşlı Əsədova Bikə Oruc qızının oğlu Ağdam rayonu özünümüdafiə batalyonunun əsgəri olmuş Yalçın Əsədov məlum Xocalı faciəsi zamanı ermənilər tərəfindən əsir götürülmüş və başı kəsilmişdir. Bikə xanım hazırda Bakı şəhərində qızı ilə birgə  kirayədə yaşayır.

İctimai Birliyin əməkdaşları Bikə Əsədovanın evində olmuş, problemləri, mənzil şəraiti ilə yerindəcə maraqlanmışlar. Bundan sonra şəhid anasının problemlərinin həlli üçün İctimai Birlik tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Yeni təyin olunmuş nazir Sahil Babayev qısa zaman ərzində İB-in sədri Tahir Xudiyevi və şəhid anası Bikə Əsədovanı qəbul edərək problemlərini dinləmiş və qanun çərçivəsində lazımi köməklik göstəriləcəyini bildirmişdir.

Gənc nazirin qısa bir zamanda gördüyü işlər vətəndaşları ruhlandırır və əlilliyi olan insanların problemlərinin həll olunacağınaümid verir. Biz də bu yolda ona uğurlar arzulayırıq.

 

            Məlahət Abdullayeva

            04.06.2018

 

http://www.qhtxeber.az/news.php?id=9964&lang=az

 

http://sosialxeber.az/suranin-d%C9%99st%C9%99yi-il%C9%99beyn%C9%99lxalq-%C9%99lill%C9%99r-c%C9%99miyy%C9%99ti-ictimai-birliyi-layih%C9%99sini-davam-etdirir/

 

http://azpress.az/index.php?lang=az&sectionid=news&id=81055

 

http://www.fact-info.az/press?id=5106

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA