"Beynəlxalq Əlillər Cəmiyyəti" İB layihənin gedişi zamanı əlilliyi olan və imkansız insanların mədəni istirahətini də təşkil edir

                                                                     

Məlumat verdiyimiz kimi, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihə həyata keçirir. İctimai Birlik layihə ərzində sadalanan kateqoriyalı insanların problemlərinin həlli istiqamətində işlər görməklə yanaşı, onların mədəni istirahətini də təşkil edir.

Bu yaxınlarda Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bülbül Fondu tərəfindən Azərbaycan incəsənəti və mədəniyyətində tarixi iz qoymuş, Azərbaycan professional vokal sənətinin banisi, dahi Bülbülün 120 illiyinə həsr olunmuş yubiley konserti keçirildi. Respublikamızda tanınmış ziyalılardan ibarət İdarə Heyəti  və tolerantlığı         əsas götürən "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-də birləşən Bülbülsevərlərin 350 nəfərinə möhtəşəm yubiley konsertinə Fond tərəfindən  xüsusi dəvətnamələr ayrılmışdı. Əlilliyi olan insanlara diqqət və qayğısına görə Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri, Bülbül Fondunun rəhbəri Polad Bülbül oğluna dərin təşəkkürümüzü bildiririk.

Beynəlxalq Muğam Mərkəzində Premier Art Management prodüser agentliyi tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan "Baku Summer Jazz Days" yeni caz layihəsi çərçivəsində məhşur Amerika müğənnisi, bas ifaçısı və bəstərkar Nik Vestin konsertini izləyənlər və zövq alanlar arasında  İB-in 100 nəfər üzvü də var idi.

         Bundan başqa İB-in əlilliyi olan və imkansız üzvləri, şəhid ailələri üçün Heydər Əliyev Sarayı və Beynəlxalq Muğam Mərkəzində keçirilən bütün konsertlərdə təmənnasız yerlər ayrılır. Əlilliyi olan insanların həyata adaptasiyası və inteqrasiyasına köməklik göstərən bu tədbirlərə dəvət və əməkdaşlıq üçün Mədəniyyət Nazirliyinə, Heydər Əliyev Sarayının və Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə bütün kollektivimiz adından təşəkkkür edirik.  

 

         Məlahət Abdullayeva

         13.06.2018

 

 

http://www.qhtxeber.az/news.php?id=10291&lang=az

 

http://sosialxeber.az/suranin-d%C9%99st%C9%99yi-il%C9%99-beyn%C9%99lxalq-%C9%99lill%C9%99r-c%C9%99miyy%C9%99ti-ictimai-birliyinin-layih%C9%99si-davam-edir/

 

http://azpress.az/index.php?lang=az&sectionid=news&id=81358

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA