"Beynəlxalq Əlillər Cəmiyyəti" İB Tərtər rayonunda imtiyazlı vətəndaşlarla görüş keçirdi

                                                     

         "Beynəlxalq Əlillər Cəmiyyəti" İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihəni davam etdirir.

Bu günlərdə İctimai Birliyin sədri Tahir  Xudiyev, İB-in Hüquq Şöbəsinin rəhbəri, ədliyyə müşaviri Fərman Rzayev və İdarə Heyəti üzvü Məlahət Abdullayeva Tərtər rayonunda yerli sakinlər, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri, sağlamlıq imkanları məhdud olan şəxslərlə görüş keçirib.

Görüşdən əvvəl Tərtər Rayonu İcra Hakimiyyətində icra başçısı Müstəqim Məmmədov, birinci müavin Ramiz Şabanov, rayon prokuroru Şıxəli Alməmmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudovla keçirilən görüşdə  layihənin vacibliyi vurğulandı. 

Tərtər Rayon Gənclər Mərkəzində yüz nəfərə yaxın insanlarla keçirilən tədbiri giriş sözü ilə açan Ramiz Şabanov "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in rayona gəlişinin məqsədi barədə iştirakçıları məlumatlandırdı.

Sədr və layihənin rəhbəri Tahir Xudiyev İB barədə qısaca məlumat verib həyata keçirilən layihənin məqsədinin məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllində onlara dəstək olduğunu bildirdi.

Hüquqşünas Fərman Rzayev çıxış edərək İB-in imkanları çərçivəsində köməyə ehtiyacı olan insanların problemlərinin həllində daima onlara dəstək olmasından danışdı, eləcə də görüş iştirakçılarının suallarını cavablandırdı.

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Qarabağ üzrə koordinatoru, "Əlillər Dünyası" qəzeti Redaksiya Heyəti üzvü, DİN-in polis veteranı, Qarabağ müharibəsi iştirakçısı Həsənağa Bayramov rayonda yaşayan 150 nəfərə yaxın əlilliyi olan veteran polis işçilərinin və digər kateqoriyadan olan əlilliyi olan insanların əvvəllər İctimai Birliyə etdiyi müraciətin müsbət həll edildiyi barədə danışdı.  O, bildirdi ki, İctimai Birliyin və "Əlillər Dünyası" qəzetinin gördüyü işlər nəticəsində yalnız Tərtər rayonunda yaşayan polis müharibə veteranlarının deyil, respublikadakı digər kateqoriyadan olan əlilliyi olan insanlar, veteranlar, təqaüdçülər, hətta Cəza Çəkmə Müəssisələrindəki bu kateqoriyadan olan insanların da təqaüdlərinin vaxtlı-vaxtında verilməsi və digər sosial probleminin müsbət həllinə nail olunmuşdur.  

Şəhid ailəsi, məcburi köçkün, 2-ci qrup əlil Şura Əliyeva, şəhid ailəsi Nəzakət Həsənova və digərləri sosial problemlərinin həllində onlara köməklik göstərməyi İctimai Birlikdən xahiş etdilər.

Məcburi köçkün, Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil İlqar Qasımov çıxışında Tərtər rayonunda məskunlaşmış məcburi köçkünlərin hazırda ən böyük probleminin işsizlik olmasından danışdı. O, rayondakı məcburi köçkünlərin problemlərindən və onların həlli yollarından danışarkən respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını  bu işlərin həyata keçirilməsinə dəstək olmağa çağırdı.

Tədbirin sonunda Tahir Xudiyev görüşün təşkil edilməsində yaradılan şəraitə görə Prezident Administrasiyasına, Tərtər Rayonu İcra Hakimiyyətinin rəhbərliyinə və iştirakçılara "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in kollektivi adından təşəkkürünü bildirdi.

 

         Məlahət Abdullayeva

         02.07.2018

 

 

http://tezexeber.az/son/1961-beynelxalq-eliller-cemiyyeti-layiheni-davam-etdirir.html

http://terter-ih.gov.az/news/879.html

 

http://www.qhtxeber.az/news.php?id=10580&lang=az

 

http://sosialxeber.az/beyn%C9%99lxalq-%C9%99lill%C9%99r-c%C9%99miyy%C9%99ti-ib-t%C9%99rt%C9%99r-rayonunda-imtiyazli-v%C9%99t%C9%99ndaslarla-gorus-kecirdi/

 

http://azpress.az/index.php?lang=az&sectionid=news&id=81783

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA