"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in könüllü həkimi

       "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in üzvü Emil Kazımlı hazırda Ərəbistanın Əbu-Dabi şəhərində yaşayır və həkim işləyir. O, üzvlüyə qəbul olan vaxtlardan həkim kimi könüllü olaraq İctimai Birlikdə tibbi köməkliyə ehytiyacı olan qaçqın, məcburi köçkün, müharibə veteranları, şəhid ailələri, əlilliyi olan və imkansız üzvlərimizə daima təmənnasız köməklik göstərmişdir. Bundan başqa Emil Kazımlı ingilis, rus və ərəb dillərini mükəmməl bildiyindən həm də "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-də könüllü olaraq tərcüməçilik edir, Cəmiyyətin işində öz bilik və bacarığını əsirgəmirdi.  Emil indi də İctimai Birliyimizlə daima əlaqə saxlayır,  hər dəfə Azərbaycana gəlişində kollektivimizə baş çəkir, yenə də imkanı, bacarığı daxilində köməklik göstərir.

Harada yaşamasından asılı olmayaraq Azərbaycanımızı ləyaqətlə təmsil edən Emil kimi savadlı, milli ruhlu gənclərimizlə həqiqətən də fəxr etməyə dəyər. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və mətbu nəşrimiz olan "Əlillər Dünyası" qəzetinin kollektivi Emil Kazımlıya uğurlar arzulayır.

         Məlahət Abdullayeva

         22.06.2018

       

http://azpress.az/index.php?lang=az&sectionid=news&id=81523

 

http://sosialxeber.az/beyn%C9%99lxalq-%C9%99lill%C9%99r-c%C9%99miyy%C9%99ti-ib-in-konullu-h%C9%99kimi/

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA