"Beynəlxalq Əlillər Cəmiyyəti" Mədəniyyət şöbəsinin üzvləri konsert verdi
Bu gün "Beynəlxalq Əlillər Cəmiyyəti" Mədəniyyət şöbəsinin üzvləri Sumqayıt şəhərində konsert proqramı ilə çıxış ediblər. Konsertdə uşaq rəqs qrupunun üzvləri gözəl rəqslər nümayiş etdirdilər. Sədr Tahir Xudiyev, Mədəniyyət şöbəsinin rəhbəri Səyad Quliyeva, gənc, istedadlı xoreoqraf və müğənni Kamil Ağazadə çıxış edərək yarandığı gündən bugünədək Cəmiyyətin və Mədəniyyət şöbəsinin fəaliyyətindən və uğurlarından danışdılar. Qeyd edək ki, Mədəniyyət şöbəsinin üzvləri respublikamızda və xarici ölkələrdə keçirilən tədbirlərdə müvəffəqiyyətlə çıxış ediblər, Fəxri Diplomlarla təltif ediliblər. Hazırda dəvət aldıqları xarici ölkədə keçiriləcək Beynəlxalq Festivala hazırlaşırlar.
Məlahət Abdullayeva
04.07.2018
http://www.qhtxeber.az/news.php?id=10680&lang=az
http://azpress.az/index.php?lang=az§ionid=news&id=81850
http://sosialxeber.az/sumqayitda-beyn%C9%99lxalq-%C9%99lill%C9%99r-c%C9%99miyy%C9%99ti-m%C9%99d%C9%99niyy%C9%99t-sob%C9%99sinin-uzvl%C9%99ri-konsert-verdi/