Məhbus ailəsi "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-yə müraciət etdi

                                                      

         Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi  "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihə çərçivəsində "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-ə məcburi köçkün, Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Zakir Musayev müraciət edib.

O, bildirib ki, 1 il bundan əvvəl azadlıqdan məhrum edilən oğlu məhkumluq həyatı yaşayandan çox ağır psixoloji sarsıntılar keçirir, heç kəslə ünsiyyət qurmur, qeyri-normal hərəkətlər edir. Valideynləri görüş vaxtı  bu halların şahidi olub və övladlarının çox gərgin olan psixoloji vəziyyətinin getdikcə daha da kəskin fəsadlar verə biləcəyindən çox narahatdırlar. Odur ki, Z.Musayev oğlunun həkim müayinəsindən keçirilməsi və müalicəsinə köməklik üçün "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-ə müraciət edib.

İctimai Birlik məhbusun gərgin psixoloji durumunu nəzərə alaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə rəsmi müraciət edib. Penitensiar Xidmətin rəhbərliyi tərəfindən İB-in müraciəti əsasında məhbus tezliklə həkim müayinəsindən keçirilmiş və hazırda Penitensiar Xidmətin tabeçiliyində xəstəxana şəraitində müalicə alır.

Bu günlərdə məhbusun atası Z. Musayev İB-in ofisində olmuş, oğlunun çox gərgin olan psixoloji vəziyyətdən çıxmasına köməklik göstərdiyi üçün  "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in kollektivinə təşəkkürünü bildirmiş və xüsusi təşəkkürünü Penitensiar Xidmətin rəhbərliyinə çatdırmağı xahiş etmişdir.  

        Məlahət Abdullayeva

         20.06.2018

 

http://www.qhtxeber.az/news.php?id=10340&lang=az

http://sosialxeber.az/m%C9%99hbus-ail%C9%99si-beyn%C9%99lxalq-%C9%99lill%C9%99r-c%C9%99miyy%C9%99ti-ib-n%C9%99-muraci%C9%99t-etdi/

 

http://azpress.az/index.php?lang=az&sectionid=news&id=81460

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA