2-ci qrup Qarabağ əlili
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihə həyata keçirir. Adından göründüyü kimi layihə ərzində sadalanan kateqoriyalı insanların problemlərinin həlli istiqamətində işlər görüləcək.
Məcburi köçkün, Qarabağ müharibəsi əlili, ehtiyatda olan polkovnik Nazir Hüseynov layihənin işçi qrupu ilə görüşərək problemlərini bölüşmüşdür. O, Qarabağ müharibəsi əlili və məcburi köçkün kimi imtiyazları üçün aidiyyəti dövlət təşkilatlarına müraciət etsə də indiyədək heç bir müsbət nəticə əldə olunmadığını bildirmiş, mənzil və avtomobillə təmin olunması işində ona köməklik gəstərməyi İctimai Birlikdən xahiş etmişdir.
Nazir Hüseynovun problemlərinin həlli üçün aidiyyəti dövlət təşkilatlarına müraciət ediləcək və qanun çərçivəsində həllinə səy göstəriləcək.
03.05.2018
Mətbuat Xidməti