"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Nəzarət-Təftiş Komissiyasının sədri, "Əlillər Dünyası" qəzeti Redaksiya Heyəti üzvü, 2-ci qrup əlil, gözəl şerlər müəllifi, "Xudafərin" şadlıq sarayının adminstratoru Əlixanov Ramiz Hüseyn oğlu uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişmişdir.
Atalar deyib ki, "ölüyə də rəhmət var, diriyə də". Ramiz Əlixanov xeyirxahlığı, yaxşı əməlləri ilə sağlığında RƏHMƏT qazanmış insanlardandır.
Yaxın dostumuz, haqqı nahaqqa verməyən, həqiqətin gözünə dik baxmağı bacaran, həmişə zəifin yanında olan, böyük ürəyə malik Ramiz müəllimin vəfatı bizi həqiqətən çox kədərləndirdi.
"Beynəlxalq Əlillər Cəmiyyəti"nin sədri Tahir Xudiyev və İdarə Heyyəti dərin kədər hissi, ürək ağrısı ilə Ramiz Əlixanovun ailə üzvlərinə başsağlığı verir, Allahdan səbr diləyir.
Allah qəni-qəni rəhmət eləsin!
16.06.2018
Mətbuat xidməti
http://sosialxeber.az/beyn%C9%99lxalq-%C9%99lill%C9%99r-c%C9%99miyy%C9%99tin%C9%99-agir-itki-uz-verib/
http://vetenperverler.az/cemiyyet/8869-beynelxalq-eliller-cemiyyetine-agir-itki-uz-verib.html
http://azpress.az/index.php?lang=az§ionid=news&id=81381