"Beynəlxalq Əlillər Cəmiyyəti" İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihə həyata keçirib. Layihənin məqsədi həmin kateqoriyalı vətəndaşların həyatda rastlaşdıqları tibbi, hüquqi, psixoloji problemlərinin öyrənilərək həllinə nail olmaqdan, bu istiqamətdə onlarla maarifləndirmə işləri aparmaqdan, həmçinin məhbusların hələ Cəza Çəkmə Müəssisələrindən başlayaraq həyata adaptasiya və reabilitasiyasına köməklik göstərməkdən ibarət idi.

        

Bu gün İB-in qarşılıqlı əməkdaşlıq etdiyi AMEA Mərkəzi Elmi Kitabxanasında layihənin yekununa həsr  edilmiş tədbir keçirildi.

         Tədbiru giriş sözü ilə açan layihənin rəhbəri və "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri Tahir Xudiyev layihənin məqsədi ilə yanaşı İB-in gördüyü hər bir işlərdə  məqsədin ölkə rəhbərliyinin imtiyazlı vətəndaşların sosial müdafiəsinə, onların hüquqlarının qorunmasına göstərdiyi yüksək diqqət və qayğıya, ardıcıl siyasətə dəstək vermək və bütün cəmiyyətin diqqətini bu xeyirxah işə yönəltməkdən ibarət olduğunu bildirdi.

         "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in İdarə Heyəti üzvü, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə elmlər doktoru Leyla İmanova layihə tərəfindən əhatə edilmiş əhali qruplarının cəmiyyətə sağlam inteqrasiyası üçün qarşıya qoyulmuş vəzifələrin tam şəkildə icra edildiyindən danışdı və imtiyazlı vətəndaşların sosial, tibbi, psixoloji və hüquqi problemlərinin həlli istiqamətində əlavə təkliflər hazırlanaraq aidiyyəti dövlət təşkilatlarına təqdim ediləcəyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

         İdarə Heyəti üzvü, layihənin icracılarından biri Məlahət Abdullayeva 3 ay davam edən layihə zamanı İB-yə köməklik üçün müraciət edən 10-larla imtiyazlı vətəndaşların sosial, tibbi, psixoloji problemlərinin həlli ilə bağlı aidiyyatı dövlət təşkilatlarına müraciətlər edildiyini, bundan başqa İB-ə e-mail və qaynar xətt vasitəsi ilə köməklik üçün müraciət edənlərlə maarifləndirici söhbət aparıldığından danışdı, yeri gəldikcə onlara İB-in psixoloqu Səidə Musayeva tərəfindən psixoloji yardımların göstərildiyini bildirdi.

        İB-in İdarə Heyəti üzvü, tibb elmləri doktoru Əhməd Babayev, İB-in Hüquq şöbəsinin rəhbəri, ədliyyə müşaviri Fərman Rzayev layihənin icrası zamanı maarifləndirici tədbirlərin əhəmiyyətindən, eləcə də  layihənin icrasının tam şəffaflıq şəraitində aparıldığından və hesabatlılıq prinsiplərinə uyğun olaraq daima  İB-in saytında və mediada işıqlandırıldığından danışdı.

         İB-in Qarabağ üzrə nümayəndəliyinin rəhbəri Həsənağa Bayramov regionda İB-in gördüyü sosial yönümlü işlərdən danışdı, eyni zamanda bu layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına İB-in kollektivi adından təşəkkürünü bildirdi.

         Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Rövşən Hacıyev "Beynəlxalq Əlillər Cəmiyyəti" İB ilə uzun illər ərzində əməkdaşlıq çərçivəsində İB-in imtiyazlı məhbusların özləri və ailələri üçün gördüyü işləri yüksək qiymətləndirdi, bu əməkdaşlığın davamlı olacağına ümid etdiyini bildirdi.  

         "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşı Elbariz Məmmədli respublikamızda həqiqi mənada ictimai fəaliyyət göstərən, imtiyazlı vətəndaşların problemlərinin həllinə daima dəstək verən  "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in gördüyü işləri müsbət qiymətləndirdi. Qeyd etdi ki, bu tədbir kağız üzərində hesabat deyil, görülən işlərin müsbət nəticəsidir.

         Çıxış edənlər -"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in İdarə Heyəti üzvü, AMEA Elm TV-nin direktoru Xatirə Cabbarzadə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Röfət Quliyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev, Müdafiə Nazirliyinin əməkdaşları Zümrüd Səmədova və Rüfət Mehrəliyev, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elçin Qədimov, Ekologiya və təbii Sərvətlər Nazirliyinin baş məsləhətçisi Şövkət Bəkirov, "Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək" İB-in sədri Səbinə Kərimova, müəllimə Sairə Rəsulova da layihənin vacibliyindən danışdılar və İB-in gördüyü işləri təqdirəlayiq saydılar.

         Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ramil Baxşəliyev, Nizami RİH-nin nümayəndəsi Eldəniz Zeynalov, Milli Kitabxananın əməkdaşı Aybəniz Məmmədova, Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Azər İsalı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əməkdaşı Elnur Quliyev, Ədliyyə Nazirliyinin əməkdaşı Nizami Əliyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Cahangir Atakişiyev, QHT və KİV nümayəndələri  iştirak edirdilər.

                 26.07.2018

         Məlahət Abdullayeva

 

https://www.youtube.com/watch?v=mZT57pYg9x0

https://www.youtube.com/watch?v=K_rn6sgnsCg

http://elmtv.az/az/news/2669/

http://tezexeber.az/son/2397-beynelxalq-eliller-cemiyyeti-b.html

http://azpress.az/index.php?lang=az§ionid=news&id=82433

http://www.qhtxeber.az/news.php?id=11018&lang=az

http://sosialxeber.az/beyn%C9%99lxalq-%C9%99lill%C9%99r-c%C9%99miyy%C9%99ti-ib-novb%C9%99ti-d%C9%99f%C9%99-imtiyazli-v%C9%99t%C9%99ndaslarin-probleml%C9%99rinin-h%C9%99llin%C9%99-d%C9%99st%C9%99k-oldu/

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA