"Beynəlxalq Əlillər Cəmiyyəti"nin sədrinə ağır itki üz verib
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in İdarə Heyəti və "Əlillər Dünyası" qəzeti Redaksiya Heyəti üzvləri Tahir Xudiyevə əziz dayısı Zəkiyev Mir Taha Mir Sahib oğlunun vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.
Hacı Mir Taha Zəkiyev IV İmam Zeynalabddinin nəslinin layiqli davamçılarından, cənub zonasının sayılıb-seçilən şəxsiyyətlərindən idi. İslam dini üzrə alim və ərəb, fars dillərini mükəmməl bilən Hacı Mir Taha dayının yüzlərlə tələbəsi olub.
İdarə Heyəti üzvləri dəfələrlə Mir Taha Ağanın ziyarətində olub. Yaxın günlərdə də bir neçə nəfərlə Hacının ziyarətinə getmək arzusunda idik. Lakin əcəl imkan vermədi. Allahın məsləhətinə şükür.
Dərin kədər hissi, ürək ağrısı ilə Tahir Xudiyevə və Hacı Mir Taha dayının ailə üzvlərinə bir daha başsağlığı verir, Allahdan səbr diləyirik.
Onu da qeyd edək ki, Mir Taha dayının 40 mərasimi sentyabr ayının 6-da Biləsuvar rayonu Bəydilli kəndində keçiriləcək.
Allah qəni-qəni rəhmət eləsin!
Mətbuat xidməti
01.08.2018