"Beynəlxalq Əlillər Cəmiyyəti"nə ağır itki üz verdi

         "Beynəlxalq Əlillər Cəmiyyəti" İB İdarə Heyətinin fəal üzvü,  yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, "Qızıl qələm", “Vətən”, “Yaddaş”mükafatları laureatı, Türk ədəbiyyatına xidmət ödüllü, BMT-nin Avropa ordenli,  1-ci qrup əlil Məmmədli  Rasim Qulu oğlu (Rasim Gənzəli)  12 avqust 2018-ci il tarixində qəflətən dünyasını dəyişdi.   

         Naxçıvan Dövlət Universitetinin məzunu olan Rasim Gənzəli 13 kitab müəllifi idi, dövrü mətbuatda 600-dən çox məqalə və publisistik yazıları dərc edilmişdi. Azərbaycan dilimizin təmizliyi uğrunda mübarizə aparanlardan biri idi.

         Yaxın dostumuz, haqq sözünü deməkdən  çəkinməyən, vətənpərvər, sədaqətli, təəssübkeş, böyük ürəyə malik səmimi insan Rasim müəllimin vəfatı bizi çox sarsıtdı.

         "Beynəlxalq Əlillər Cəmiyyəti"nin sədri Tahir Xudiyev və İdarə Heyəti, eləcə də "Əlillər Dünyası" qəzetinin kollektivi dərin kədər hissi ilə Rasim müəllimin qardaşları Hacı Müzəffər, Valeh, Cəmil, Hacı Rahim, Oqtay, Vasifə və bacısı Tamella xanıma, eləcə də həyat yoldaşı, sözün həqiqi mənasında ömrünü Rasim müəllimə həsr edən fədakar insan, şairə Kamilə Dönməzə başsağlığı verir.

         Allah sənə rəhmət eləsin, Rasim müəllim!

 

P.S. Rasim Gənzəlinin 3 mərasimi 14 avqust tarixində Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 14-ün həyətindəki xeyir-şər evində keçiriləcək (Qazaxıstan səfirliyi ilə Xətai Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin arasında yerləşən yeni tikili bina).

 

13 avqust  2018-ci il

         Mətbuat xidməti

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA