"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sağlamlıq imkanları məhdud üzvləri əsgərlərlə görüşdü

                  "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (BEC İB) Müdafiə Nazirliyinin (MN) bilavasitə dəstəyi ilə Tərtər rayonunda ön xətdə yerləşən  "N" saylı hərbi hissənin əsgərləri ilə görüşdülər. Sağlamlıq imkanları məhdud  olan insanların səhhəti hərbi xidmət keçməyə imkan verməsə də onlar  Azərbaycan Ordusunun əsgərləri qarşısında konsert proqramı ilə çıxış etməyi  zlərinə borc bildilər.

                  Korpus rəhbərliyi və hərbi hissənin komandiri MN və BEC İB-in əməkdaşlarının gəlişinin məqsədini açıqladı və sözü MN-nın əməkdaşı dövlət qulluqçusu Zümrüd Səmədovaya verdi. O, əsgərləri, hərbi hissənin zabit heyətini  salamladı, onlara hərbi xidmətlərində və işğal altında olan torpaqlarımızın düşməndən azad olunmasında cənab Ali Baş Komandanın verdiyi əmr və tapşırıqların yerinə yetirilməsində uğurlar arzuladı.

                   BƏC İB-in Sədri Tahir Xudiyev çıxışında müstəqil Azərbaycanın Milli  Ordusu ilə qürur duyduğunu bildirdi. O, qeyd etdi ki, İB-in xavtı ilə  Azərbaycan Ordusunda və hüquq-muhafizə orqanlarında hərbi təlim görmüş 50-yə yaxın üzvlərinin aprel döyüşlərində Müdafiə Nazirliyinə etdikləri müraciət bu gün də qüvvədir. Belə ki, sağlamlıq imkanlarının məhdud  olmasına baxmayaraq onlar, lazım gələrsə vətənin madafiəsində Ali Baş Komandanın əmr və göstərişlərini hər an yerinə yetirməyə hazırdırlar.

                   Müdafiə Nazirliyi, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və hərbi hissənin şəxsi heyətinin iştirakı ilə keçirilən tədbir konsert proqramı ilə davam etdi. Konsertdə İB-in Mədəniyyət şöbəsinin uşaqlardan ibarət rəqs qrupunun üzvlərinin ifa etdikləri rəqslər, 1-ci qrup əlil Allahverdi Əhmədovun özünün  yazdığı "Azərbaycan ordusu" və Şanlı Azərbaycan" serləri, 2-ci qrup əlil Cavid  Gözəlovun  gitaranın müşayəti ilə ifa etdiyi "Cənab leytenant", 1-ci qrup əlil  Müslüm Müslümzadənin ifa etdiyi "Qarabağ şikəstəsi" əsgərlər tərəfindən alqışlarla qarşılandı. Konsertdə Ümumdünya müsabiqələr laureatı, illərin sənətçisi məhşur müğənni Tacir Şahmalı oğlu və övladı Şahmalı Tacir oğlu da  çıxış etdilər. Tacir Şahmalı oğlu BƏC İB tərəfindən bu tədbirə dəvət almasından və vətənin keşiyində duran əsgərlər qarşısında çıxış etməsindən qürur duyduğunu söylədi.

                 Çıxış edənlər, eləcə də digər iştirakçılar - MN-nın əməkdaşı Murad Müslümov, BƏC İB-in Qarabağ regionu üzrə nümayəndəliyinin rəhbəri  Həsənağa Bayramov, BƏC İB-in Mədəniyyət Şöbəsinin rəhbəri Səyad  Quliyeva, İB-in  könüllüsü Emil Əliyev, ümumilikdə 20 nəfər hərbi hissədə şəxsi heyətin vətənpərvərlik ruhunda keçirilən tərbiyəvi tədbirində iştirakına görə rəhbərlik tərəfindən Fəxri Fərmanla təltif olundu.

                  Tədbirdə "Azərbaycan Ordusu" qəzetinin əməkdaşı, baş leytenant  Günay Tağıyeva, BƏC İB-in Qarabağ regionu üzrə nümayəndəliyinin İdarə  Heyəti üzvü və İcra nümayəndəsi İlqar Qasımov, BƏC İB-in Ağsaqqallar Şurasının   üzvü  Akif Babayev,  Elçin Əliyev də iştirak edirdilər.

         

       

Məlahət Abdullayeva

         "Əlillər Dünyası" qəzetindən

         08  sentyabr  2018-ci il

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA