Sıralarımızdan getsə də qəlbimizdən getmədi...

Sentyabrın  21-də "Beynəlxalq Əlillər Cəmiyyəti" İB İdarə Heyətinin fəal üzvü,  yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, "Qızıl qələm", “Vətən”, “Yaddaş”mükafatları laureatı, Türk ədəbiyyatına xidmət ödüllü, BMT-nin Avropa ordenli Məmmədli Rasim Qulu oğlunun (Rasim Gənzəli) rəhmətə getməsinin 40 günü tamam olur. Rasim Gənzəli cismən bizim aramızda olmasa da, ruhən, mənən bizimlədir. O, təkcə öz doğmalarının sırasından getmədi, həm də "Beynəlxalq Əlillər Cəmiyyəti"nin və türk dünyasının sıralarından getdi. 
Rasim müəllim kimi insanlar ana dilimizin qorunmasında indiki dövrdə yeganə şəxslərdən biri idi. Bir haşiyə çıxım: nazirliklərin birinin əməkdaşı tərəfindən ana dilimizə qarşı böyük hörmətsizlik olmuşdu. Ana dilimizin, türkçülüyün qorunmasında sanki vətənin keşiyində dayanan bir əsgər olan Rasim müəllim həmin anda da bununla bağlı sosial şəbəkələrdə öz sözünü dedi. 
Onun həyatdan getməsi öz doğmalarını ağrıtdığı kimi Rasimsevərləri də ağrıdır. 
Allah sənə rəhmət eləsin, qəbrin nurla dolsun, Rasim müəllim!
 
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in İdarə Heyəti
17 sentyabr 2018-ci il

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA