"İgidlər ölməz, Vətən bölünməz"!

       

 "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Qarabağ regionu üzrə Nümayəndəliyinin rəhbəri və "Əlillər Dünyası" qəzeti Redaksiya Heyəti üzvü Həsənağa Bayramovun təşkilatçılığı ilə Tərtər şəhəri 6 saylı tam orta məktəbdə "İgidlər ölməz, Vətən bölünməz"! adlı tədbir keçirilmişdir. Tədbir 1992-ci il yanvarın 25-26-da keçirilmiş Daşaltı əməliyyatı  şəhidlərinin əziz xatirəsinə həsr edilmişdi.

       

  Həmin döyüşdə şəhid olanlar arasında Tərtər şəhərində doğulub-böyümüş Rafiq Nuriyev və Rövşən Səfərov da var idi. Onlar Əfqanıstan müharibəsi veteranı idilər. 1991-ci ildən isə Azərbaycanın ərazi bütövlüyü  uğrunda döyüşlərdə könüllülər batalyonunda döyüşüblər. Rafiq Nuriyev 6 saylı məktəbi bitirmişdi. Hazırda tədbirin keçirildiyi həmin məktəbə şəhid Rafiq Nuriyevin adı verilib. Tədbirdə şagirdlərin ifasında vətən və şəhidlər haqqında şerlər, mahnılar səsləndi. Sonra ehsan süfrəsi açıldı. Şəhidlərin tanıdılması və ruhunun yad edilməsi üçün belə tədbirlərin keçirilməsi eyni zamanda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə də müsbət təsir edir. Tədbirdə məktəbin şagird və müəllim kollektivi, şəhidlərin ailə üzvləri, Tərtər şəhər dövlət təşkilatları və ictimaiyyət nümayəndələri, müharibə veteranları  iştirak edirdilər. 

       

  Bildiririk ki, 26 yanvar tarixində şəhid Rövşən Səfərovun anadan olduğu Tərtər şəhər Sarıcalı kəndində də şəhidlərin xatirəsinə həsr olunmuş tədbirin keçirilməsi nəzərdə tutulub.

         Onu da qeyd edək ki, Həsənağa Bayramov da Qarabağ müharibəsi veteranı və  ehtiyatda olan polis əməkdaşıdır. 

 

Məlahət Abdullayeva

"Əlillər Dünyası" qəzetindən

25.01.2019

 

                                  

                                                                                 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA