"Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyi

"Autizm xəstəliyi ilə əlaqədar Mətbuat Konfransı keçirdi


"Birləşmiş Millətlər Təşkilatı 62/139 saylı qətnaməsi ilə 2 apreli Ümumdünya Autizm problemi haqqında informasiyanın yayılması günü elan etmişdir.


Eyni zamanda BMT-nin Baş katibi 2 aprel günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlamışdır. Həmin müraciətdə deyilir: "Autizm- ciddi ruhi pozğunluqdur. Lakin bir çox hallarda xəstəliyin erkən mərhələsində müvafiq müalicə müsbət nəticə verir. Ona görə də əhalinin autizmin simptomları haqqında məlumatlandırılması işinin sürətləndirilməsi və ən qısa bir zamanda bu xəstəliyin müalicəsinə başlanması xüsusilə vacibdir.

Eyni zamanda bu xəstələrin peşə bacarıqlarını və imkanlarını nəzərə almaqla işlə təmin olunmalarında valideynlərə dəstək olmaq çox vacibdir. Autizmdən əziyyət çəkənlərin ehtiyaclarının təminatı üçün təhsil sistemi təkmilləşdirilməlidir.

Bu tədbirlər bütövlükdə cəmiyyətin maraqlarına cavab verir və yalnız autizm xəstələrinin, onların qohumlarının və yaxınlarının deyil, bütün cəmiyyətin həyatına müsbət təsir edir, maraqlarına cavab verir. Autizmdən əziyyət çəkən bir uşağın anası demişdir: "Mənim qızım uzun bir yol keçmişdir, amma mən daha uzun bir yol qət etmişəm"

Beləliklə, bütün insanların qayğı ilə əhatə olunacağı bir dünyaya gedən yolda birlikdə olaq!"

"Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyi də bütün kateqoriyadan olan əlillərin, xüsusi ilə əlil uşaqların problemləri ilə bilavasitə məşğul olduğuna görə gələcəkdə uşaqlarda belə halların müşahidə olunması ehtimalını nəzərə alaraq BMT-nin Baş Katibinin müraciətini geniş ictimaiyyətin nəzərinə çatdırmağı məqsədəmüvafiq saymışdır.
Bu məqsədlə də "Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyi 8 aprel 2011-ci il tarixində Azərbaycan Media Mərkəzində "Autizm xəstəliyi: yaranma səbəbləri, fəsadları və onunla mübarizə" mövzusunda Mətbuat Konfransı keçirdi.

Konfransı giriş sözü ilə Birliyin sədri Tahir Xudiyev açaraq BMT Baş Katibinin məlum müraciətinə qoşulmaq və respublikada ölkə ictimaiyyətini məlumatlandırmaq məqsədi ilə ilk addım kimi bu Konfransın keçirildiyini söylədi.

Autizm xəstəliyi haqqında Birliyin İdarə Heyətinin üzvü, Qafqaz Universiteti Elmi Araşdırmalar Mərkəzinin assistenti Faiq Babayev, İdarə Heyətinin üzvü, AMEA-nın Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru, "Qabaqcıl Maarif Xadimi" Mir Müstəqil Ağayev, həkim-pediatr Təranə İsmayılova məlumat verdilər. Mövzu ilə bağlı Konfrans iştirakçıları geniş fikir mübadiləsi apardılar.

Konfransda Ombudsman Aparatının əməkdaşı Yeganə Cəfərova, Respublika Uşaq Təşkilatının əməkdaşı Humay Mirzəzadə, "Milli Qəhrəman Fred Asif Fondu"nun prezidenti Ədalət Məhərrəmov, "Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu"nun sədri Sərraf Orucov, "Müasir Cəmiyyət və Qadın Hüquqları" İctimai Birliyinin sədri Xanım Əhmədzadə, digər QHT və KİV nümayəndələri iştirak etdilər.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA