3 Dekabr Beynəlxalq Əlillər Günüdür

"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (BEC İB) ənənəvi olaraq hər il "3 Dekabr-Beynəlxalq Əlillər Günü" ilə bağlı tədbirlər həyata keçirir. Bu il həmin tədbiri Heydər Əliyev Sarayının rəhbərliyinin dəstəyi ilə tam təmənnasız olaraq elə həmin Sarayda təşkil etdi.

        

Dekabr ayının 3-də İctimai Birliyin təşkil etdiyi konsert proqramından əvvəl Sarayın foyesində əlilliyi olan insanların rəsm əsərləri və milli süvenirlərdən ibarət 100-ə yaxın əl işlərinin sərgisi nümayiş olundu.

  

Konsert proqramının açılışında Respublikanın Xalq Artisti Gülyanaq Məmmədova və 7-ci Muğam Müsabiqəsinin iştirakçısı, 1-ci qrup gözdən əlil Suma Tapdıqova ilə birgə duet ifa etdi. Sonra İB Mədəniyyət şöbəsinin nəzdində fəalyyət göstərən lal-kar uşaqlardan ibarət rəqs qrupunun ifası, İB-in üzvü, Sumqayıt Dövlət Universitetinin tələbəsi, 1-ci qrup gözdən əlil Allahverdi Əhmədov, 1-ci qrup gözdən əlil Müslüm Müslümzadə, 2-ci qrup əlil Cavid Gözəlov, 2-ci qrup gözdən əlil Əzizə Niftəliyeva, Dövlət Konservatoriyasının 4-cü kurs tələbələri - 2-ci qrup gözdən əlil Həmid Əzizbəyli, Samir Əzimov, Rüzbah Talibinin ifaları alqışlarla qarşılandı. "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin İdarə Heyəti üzvü, 1-ci qrup əlil Riad Sultanov, gənc aktrisa Zarina Qurbanova və San-Remoda keçirilən vokalçıların Beynəlxalq müsabiqəsi laureatı Nofəl Aslanovun ifa etdikləri "Notterdam kilsəsi" filmindən səhnəcik isə tamaşaçıların xüsusi rəğbətini qazandı.

          

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Qarabağ bölgəsi üzrə Nümayəndəliyinin rəhbəri, Qarabağ müharibəsi veteranı Həsənağa Bayramov da bu tədbirin təşkilində və keçirilməsində yaxından köməklik etdi.

           

Sədr Tahir Xudiyev çıxışında bildirdi ki, hər bir fəaliyyətimiz dövlət və dövlətçiliyimizə dəstəkdir.  O, qeyd etdi ki, BEC İB yaranan gündən cəmi 5 nəfərə Fəxri Fərman verilib: Mübariz İbrahimov, "Bakılı oğlanlar", Zeyno Baran, Könül Xasıyeva və Avto-Baza.

  

İctimai Birliyin növbəti Fərxi Fərman isə əlilliyi olan və digər imtiyazlı şəxslərə göstərdiyi xüsusi diqqət və qayğıya görə Heydər Əliyev adına Sarayın direktoru, əməkdar incəsənət xadimi, şöhrət ordenli Fərhad Babayevə təqdim edildi.

        

Tədbirdə iştirak edən, demək olar ki, bütün dövlət təşkilatları, əlilliyi olan insanlar, ictimaiyyət və KİV nümayəndələri, təkcə Bakıdan deyil, hətta respublikamızın ucqar bölgələrindən xüsusi olaraq bu tədbirdə iştirak etməyə gələn "Beynəlxalq Əlillər Cəmiyyəti"nə rəğbət bəsləyən hamıya təşəkkürümüzü bildiririk. 

      

Maneçilik və təzyiqlər törədilməsinə baxmayaraq tədbirimiz  möhtəşəm keçdi. Bu maneəçilik törədilməsini hər kəs də çox gözəl hiss etdi.  Tədbirdə 2000-ə yaxın tamaşaçı var idi. O gün olsun ki, tədbirlərimizi baba yurdum Şuşada, Ağdamda, Azərbaycanın bütün işğal olunmuş ərazilərində keçirək.

  

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA