Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərdə seçilən Ağsaqqallar Şurası oldu

         Məlumdur ki, sentyabr ayının 4-də Azərbaycan-Fransız Universitetinin akt zalında Təhsil Nazirliyi yanında  İctimai Şuraya seçkilər keçirildi. Seçkilərdə bir neçə QHT nümayəndələri ilə yanaşı mən də iştirak edirdim.  Mən şəxsi əmlakımı sataraq xarici ölkəyə müalicəyə getmişdim. Bu seçkiyə görə müalicəni yarımçıq qoyub qayıtdım. Seçkilərə seçici kimi qatılmışdım və şəxsiyyətinə hörmət etdiyim “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovanın namizədliyini irəli sürmüşdüm.

       

  Olanların canlı şahidi kimi onu qeyd edim ki,  seçkilərdə həm namizəd, həm də seçici kimi iştirak etmək üçün İctimai Birliyin Nizamnaməsini və digər sənədləri notarial qaydada təsdiq etdirmək lazım idi. Bu da indiki dövrdə maddi baxımdan heç də hər bir QHT-yə və namizədə maraqlı deyil. Çünki namizədliyi irəli sürülən QHT sədri seçici kimi iştirak edəcək iştirakçının da maliyyə xərclərini özü çəkməli oldu. Fikrimizcə, bu Təhsil Nazirliyi tərəfindən düşünülmüş şəkildə qurulma bir işdir.

         Seçki prosesində ilk baxışda, guya qanunsuzluq olmadı. Amma insani qanunsuzluq  açıq-aydın özünü göstərdi. Belə göründü ki, ki, seçki Nazirlik tərəfindən pərdə arxasında hazırlanmış ssenari üzrə "müvəffəqiyyətlə" həyata keçdi. Tanımadığımız "QHT nümayəndələri" və digər şəxslər əvvəldən verilmiş siyahı üzrə seçkini başa çatdırdılar. Hətta bir neçə başqa nazirliklərdə İctimai Şuranın üzvü olan və özü şəxsən bu seçkidə iştirak etməyən şəxslər ən çox səs toplayaraq "seçildilər". Seçkilərdə iştirak edən seçicilərin əksəriyyəti səs verdikləri şəxsi tanımırdılar.

        

Mən özüm namizədlərin arasında şəxsən tanıdığım və hörmət bəslədiyim İradə Yaqubovaya, QHT rəhbəri Asif Əsgərliyə və BDU-nun gənc müəllimi  Kənan Kərimova səs verdim.

       

  Seçkilərin gedişinə narazılıq hiss olunurdu. Amma heç kim, hətta komissiya üzvlərindən bəziləri bu saxtakarlığa görə əzab çəksələr də çox təəssüf ki,  dillənmədilər.  Ağlamalı-gülməli bir vəziyyət idi.

         Yeganə mən çıxış edərək etirazımı bildirdim, bu seçkidə Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlərin yox, Ağsaqqallar Şurasının seçilməsi ilə təbrik etdim və bildirdim ki,  İctimai Şura deyəsən, Allah qoysa gələn il seçiləcək, xəstə adamam, ölməsəm qalsam, inşallah, gələn il İctimai Şuraya seçkilərdə iştirak edərəm. Bu çıxışıma 1 nəfər  "kufşin"  götürən məttah yerdən atmacalı söz atsa da, lakin hər şey

göz qabağında idi. Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərdə Ağsaqqallar Şurası seçildi. Bir nəfər yaşlı qadın yerindən mənə "siz öz təklifinizi bildirin"-dedi. Cavab verdim ki, mən öz fikrimi bildirdim, təhsilə təklif və töhfəni isə seçilən ziyalı ağsaqqalar verəcəklər.

         Elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin dediyi kimi, təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir.

         Biz də öz növbəmizdə deyirik ki, Allah təhsilimizi qorusun!

Tahir Xudiyev

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Sədri,

"Əlillər Dünyası" qəzetinin Baş redaktoru

06.09.2019

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA