Demokratiyanın zəfəri

         

Dünən 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin 3 illiyinə həsr olunmuş anım tədbiri keçirildi. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral bildirdi ki, 15 iyul hadisəsi türk xalqının dövlətçiliyə və demokratiyaya sadiqliyini bütün dünyaya nümayiş etdirdi.

        

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Türkiyədə 15 iyul hadisəsini qəhrəmanlıq tarixi adlandırdı.

       

  Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik  Əhliman Əmiraslanov və digər çıxışçılar da xalqın iradəsinin qələbəsindən danışdılar. Terrordan əziyyət çəkən bir dövlət kimi ölkəmizin  terrora qarşı olmasından, yalnız 15 iyulda deyil, daima Azərbaycanın Türkiyənin mövqelərini müdafiə etdiyindən danışdılar.

         

Tədbirdə bütün dövlət qurumlarının nümayəndələri, eləcə də "Beynəlxalq Əlillər Cəmiyyəti"nın sədri və "Əlillər Dünyası" qəzetinin Baş Redaktoru Tahir Xudiyev,  Mədəniyyət Nazirliyinin əməkdaşı Leyla Babazadə, Ədliyyə Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı, digər KİV-lər və QHT rəhbərləri də iştirak edirdilər.

         

Onu da qeyd edək ki, 2016-cı il 15 iyul hadisəsi zamanı "Beynəlxalq Əlillər Cəmiyyəti" və "Əlillər Dünyası" qəzetinin kollektivi də dərhal Türkiyə səfirliyi vasitəsi ilə qardaş türkiyə dövlətinə və xalqına mənəvi dəstək olaraq onlarla həmrəy olduqlarını bəyan etdilər.

 

Mətbuat Xidmətindən

16.07.2019

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA