Pandemiya dövründə QHT-dən AMEA-ya dəstək

         "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər Dünyası" qəzeti Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) gələn müraciətlər əsasında imtiyazlı şəxslərin problemlərinə daima diqqətlə yanaşmış və onların müsbət həllinə çalışmışdır. Bundan əlavə onu da qeyd edək ki, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB AMEA-nın HİHİ ilə davamlı olaraq rəsmi qarşlıqlı əməkdaşlıq da edir, əlilliyi olan insanların problemlərini və onların aradan qaldırılması yolları barədə təkliflərini aidiyyəti üzrə digər dövlət təşkilatlarına olduğu kimi HİHİ-na da çatdırır.

        

Bu yaxınlarda AMEA-nın Azad Həmkarlar İttifaqının Sədri, professor Habil Qurbanov "Əlillər Dünyası" qəzeti və "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-ə müraciət edərək AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan Ədəbiyyat şöbəsinin operatoru Hüseynova Sənarə Usub qızının əlil  arabasına təcili ehtiyacı olduğunu bildirdi və bu işdə köməklik göstərməyi xahiş etdi. Əməkdaşlarımız da öz növbəsində Sənarə xanıma evlərində baş çəkdilər. Füzuli rayonundan məcburi köçkün olan Sənarə xanım onurğa sütununun boyun hissəsinin diffuz astrositoması xəstəliyindən əziyyət çəkir, yataq xəstəsidir, kasıb, imkansız ailədir, yataqxanada yaşayır. Hərəkət etmək üçün əlil arabasına həqiqətən də böyük ehtiyacı var.

Həmin vaxt respublikamızda karonavirusla bağlı olaraq karantin günlərinə təsadüf edirdi. Odur ki, bu işlə bağlı çətinliklərlə üzləşdik. Belə bir vaxtda GYF-nın vitse prezidenti Salman Əliyev köməyimizə çatdı və GYF-nın əməkdaşı İbrahim Vəkilova müraciət etməyi tövsiyə etdi. İbrahim Vəkilovun vasitəsi ilə yeni modelli əlil arabası əldə edildi. Əməkdaşlarımız əlil arabasını aparıb Sənarə xanıma təqdim etdilər. Çətin bir dönəmdə köməyimizə gəldikləri üçün GYF-nın Prezidenti Ahmet Tecimə, vitse-prezidenti Salman Əliyevə və İbrahim Vəkilova əməkdaşlarımız və Sənarə xanımın adından təşəkkürümüzü bildiririk.

        

Onu da qeyd edək ki, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər Dünyası" qəzeti bundan əlavə pandemiya dövründə 1800-dən çox ailəyə ərzaq yardımı da etmişdir.

 

Tahir Xudiyev

"Əlillər Dünyası" qəzetindən

26.05.2020

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA