"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-ə ağır itki üz verib, Cəmiyyətin üzvü və əməkdaşı Sarvan Əmrahov 52 yaşında qəflətən dünyasını dəyişdi. Onun qəfil ölümü doğmaları ilə yanaşı bizi də sarsıtdı. Bununla əlaqədar "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in kollektivi, eləcə də İctimai Birliyin Qarabağ regionu üzrə rəhbəri Həsənağa Bayramovun adından qardaşı Ədalətə və bacılarına dərin hüznlə bağsağlığı verir, Allahdan Sarvana rəhmət diləyirik. Yeri Behişt olsun.
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri Tahir Xudiyev
19.08.2020