Şuranın dəstəyi ilə Qarabağ qazisinə psixoloji köməklik edildi

           Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İB həyata keçirdiyi  "İmtiyazlı şəxslərin sosial problemlərinin həllinə ictimai dəstək mövzusunda maarifləndirmə tədbirlərinin təşkili" adlı layihənin icrası zamanı ictimai birliyə Yardımlı rayonunun Çayüzü kəndindən Arzuman Abdiyev müraciət etmişdir. O, 1994-cü il ildə könüllü olaraq Qarabağ  uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşlərin birində minaya düşərək     aldığı zədə nəticəsində sol gözü görmür, sol qulağının pərdəsi də zədələnib.  Arzuman  o vaxtdan gözünün görməməsinə baxmayaraq hələ də əlillik dərəcəsi verilmədiyindən, hüquqlarının pozulmasından şikayət edir və köməklik  göstərilməsi üçün İB-ə müraciət edib. İB tərəfindən A. Abdiyevin hüquqlarının müdafiəsi üçün aidiyyəti dövlət təşkilatlarına müraciət ediləcək.

           A.Abdiyev müharibədə aldığı zədələr, hüquqlarının pozulması, hazırki pandemiya ilə əlaqədar uzun müddət davam edən karantinlə bağlı sarsıntı, həyəcan keçirdiyi üçün İB-in psixoloqu İbrahim Əsədli tərəfindən ona psixoloji yardım göstərildi. Karantin rejiminə əməl olunmasının onun özü ilə yanaşı yaxınlarının, ailə üzvlərinin səhhəti üçün nə qədər əhəmiyyətli olması barədə        maarifləndirici söhbət aparıldı.

         Mətbuat xidməti

         18.09.2020

                           

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA