Erməni terrorçularının Azərbaycana hücumuna və bəzi ölkələrin onları dəstəkləməsinə etiraz olaraq "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi, "Əlillər Dünyası" və "Alyans" qəzetlərinin keçirdiyi toplantıda qəbul edilən BƏYANAT

Birləşmiş Millətlər Təşkilatı

ATƏT

ATƏT PA

Avropa Şurası

AŞPA

NATO

NATO PA

Avropa Komissiyası

Avropa Parlamenti

İslam Əməkdaşlıq Təşkilatı

TÜRKPA

Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpuslarına  və beynəlxalq təşkilatlarına

 

Erməni terrorçularının Azərbaycana hücumuna və bəzi ölkələrin onları dəstəkləməsinə etiraz olaraq

"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi, "Əlillər Dünyası" və "Alyans" qəzetlərinin

keçirdiyi toplantıda qəbul edilən

BƏYANAT

Bakı şəhəri                                                                                     14.10.2020-ci il

            Hamıya məlumdur ki, erməni faşistləri Qarabağ və ətraf rayonlarımızı zəbt edərək 30 il idi həyasızcasına öz torpaqları kimi orada məskunlaşmışdı. Çox təəssüflə bildiririk ki, bu, bütün dünya ictimaiyyətinə məlum olsa da bəzi ölkələr və beynəlxalq təşkilatlar ermənilərin işğalçı və terrorist hərəkətlərinə göz yumur, onları dəstəkləyir, həm də müasir silah-sursatla təmin edir. Hətta son zamanlar sərnişin təyyarələrində də silah daşıyırlar. Erməni terroristləri 27 sentyabr tarixindən etibarən atəşkəs rejimini kobudcasına pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif iriçaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədi ilə geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Onu da xüsusi qeyd edək ki, erməni faşistləri həmişə olduğu kimi bu dəfə də dinc əhalini hədəf götürüb. Belə ki, respublikamızın Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax, Beyləqan, Goranboy, Tovuz, Mingəçevir, Xızı, Gəncə şəhər və rayonları ermənilər tərəfindən ağır artilleriyalardan atəşə tutulur. Evlər dağıdılır, aralarında çoxlu sayda körpə uşaqlar olan dinc əhali həlak olur. Bununla əlaqədar olaraq əhali arasında əlilliyin sayı artacaq.

            Azərbaycan bir daha böyük humanistlik göstərərək müvəqqəti atəşkəsin elan olunmasına razılıq versə də xəyanətkar ermənilər bu dəfə də öz riyakar, satqın xislətlərinə uyğun olaraq atəşkəsi pozmaqda davam edirlər. Onlar daima dinc əhalini atəşə tuturlar. Azərbaycanın əhalisinin sayına görə ikinci böyük şəhəri olan və müharibə zonasından çox uzaqda yerləşən Gəncə şəhərini gecə saatlarında dinc əhalinin yatan vaxtı dəfələrlə uzaq məsafəli raket atəşinə tutması və bunun nəticəsində çoxsaylı insanların ölümü və yaralanması, eləcə də böyük dağıntılara səbəb olması hamı kimi bizi də çox hiddətləndirdi. Bunu Xocalıdan sonra ermənilər tərəfindən törədilən növbəti soyqırımı aktı kimi dəyərləndiririk.

            Hazırki vəziyyətlə bağlı Fransa prezidentinin Azərbaycana qarşı ədalətsiz mövqeyinə, ATƏT-in Minsk qrupunun 30 il ərzində fəaliyyətsizliyinə etirazımızı bildiririk. Onu da qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum 4 qətnamənin yerinə yetirilməməsinə görə BMT, ATƏT, Avropa Şurası, AŞPA, NATO, Avropa Komissiyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı bilavasitə məsuliyyət daşıyırlar.

         Şanlı ordumuzun Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması yolunda dövlətimizin və Ali Baş Komandanımızın ətrafında sıx birləşdiyimizi bildiririk.  

            Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ürəyidir!

İmza:

1. Tahir Xudiyev- "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi

2. Cahid Qasımov- "Alyans" qəzeti

3. Mir Müstəqil Ağayev -"Əlillər Dünyası" qəzeti

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA