Əlilliyi olan insanlar 3 Dekabr - Beynəlxalq Əlillər Gününü belə qeyd etdi

  Məlumdur ki, BMT Baş Assambleyasının 1992-ci il 14 dekabr qətnaməsinə əsasən bütün dünyada 3 Dekabr - Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB (BƏC İB) və "Əlillər Dünyası" qəzeti kollektivi də hər il ənənəvi olaraq birgə Beynəlxalq Əlillər günü ilə bağlı tədbirlər həyata keçirib. Eləcə də hər il Ulu öndərin anım günü və doğum gününü də qeyd ediblər.

        

Bu il koronavirusla əlaqədar pandemiya dövrünə təsadüf etdiyindən  "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in bir qrup üzvü həm Ulu öndərin anım gününü, həm Vətən müharibəsində qazanılmış möhtəşəm qələbəni, həm də əlilliyi olan insanların gününü açıq havada qeyd etmək qərarına gəldi. Belə ki, bu gün onlar birinci Fəxri Xiyabanın qarşısında toplaşaraq əvvəlcə Ulu öndərin məzarını ziyarət etdilər. Ulu Öndərin, Zərifə xanımın, Əziz Əliyevin və Tamerlan Əliyevin məzarları üzərinə çiçək dəstələri düzdülər. Sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanında və Türk Qardaşlıq Məzarlığında uyuyan şəhidləri ziyarət etdilər.

        

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri Tahir Xudiyev qeyd etdi ki, 3 Dekabr- Beynəlxalq Əlillər Gününü qeyd etməkdə məqsəd cəmiyyətin diqqətini əlilliyi olan insanların mövcud problemlərinin həllinə yönəltməkdir. Onların ləyaqətlərinin qorunmasına, hüquqlarının müdafiəsinə, sosial rifahlarının yaxşılaşdırılmasına, həyata inteqrasiya olunmalarına nail olmaqdır.

        

BƏC İB-in Qarabağ Regionu üzrə Nümayəndəliyi Tərtər şəhərində yerləşir. Nümayəndəliyin rəhbəri, birinci Qarabağ müharibəsi veteranı, təqaüddə olan polis əməkdaşı Həsənağa Bayramov xüsusi olaraq bugünkü tədbirdə iştirak etmək üçün Bakı şəhərinə gəlmişdi.  O, möhtərəm Prezidentimiz İlham Əliyev cənabların Ulu Öndərin layiqli davamçısı olduğunu bildirir.

       

  "Vətən Uğrunda Hərəkat" İctimai Birliyinin sədri, birinci Qarabağ müharibəsinin sabiq hərbi hissə komandiri Xudu Xudiyev əlilliyi olan insanların həmişə olduğu kimi bu gün də dövlət başçımızın ətrafında sıx birləşdiyini söylədi.

       

  Tədibr iştirakçıları Cəmiyyətin Ağsaqqallar Şurasının üzvü, 2-ci qrup əlil Dilsuz İsmayılov, BƏC İB-in İdarə Heyəti üzvü, AMEA-nın əməkdaşı Xatirə Cabbarzadə, İdarə Heyəti üzvü Riad Sulatanov, BƏC İB Əfqan Döyüşçüləri Şöbəsinin rəhbəri Saleh Qarayev, Cəmiyyətin fəal üzvü, 2-ci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan polkovnik Elşən Məhərrəmov  əlilliyi olan insanların problemlərinin daima dövlətin qiqqət mərkəzində olması barədə fikirlərini bildirdilər. Eləcə də bütün şəhidlərimizin ruhuna ehtiramlarını ifadə etdilər.

        

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in üzvü, professional operator Zemfira xanım Hüseynova İB-in bütün tədbirləri kimi bugünkü tədbiri də kameranın yaddaşına köçürdü.

        

BƏC İB-in İdarə Heyəti üzvü, 1-ci qrup əlil Saleh Əzizli yüksək natiqliq qabiliyyəti, səmimi ürək sözləri ilə hamını valeh etdi. Ulu öndərin və bütün şəhidlərimizin ruhunu yad etdi. BƏC İB-in üzvlərinin öz fəaliyyəti ilə xalqın sevgisini qazanan möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasəti daima dəstəklədiyini vurguladı. 

        

BƏC İB-in üzvü, 1-ci qrup əlil, Qarabağ veteranı Cahid Sabiroğlu Ulu öndərin və bütün şəhidlərin ruhunu yad edərək ehsan payladı.

       

BƏC İB İdarə Heyəti üzvü, Türkyə üzrə kordinatoru Furqan Babayev Türkiyədə yaşamasına baxmayaraq bugünkü tədbirin keçirilməsinə o da öz bacardığı köməkliyi göstərdi.

       

  Tahir Xudyev şanlı ordumuzun Azərbaycan torpaqlarını işğalçı erməni terrorçularından azad etmələri barədə xüsusi olaraq onu bildirdi ki, cəmi 44 gün çəkən Vətən müharibəsində qazanılmış bu möhtəşəm qələbə ilə Azərbaycan erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmələri barədə  BMT Baş Assambleyasının qəbul etdiyi və 30 ildə Ermənistan tərəfindən icra olunmayan 4 məlum qətnaməsini icra etmiş oldu. Bu qələbənin qazanılmasında bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayırıq. Bundan başqa bizə mənəvi dəstək olan qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana və Pakistan Dövlətinin Baş Naziri cənab İmran Xana dərin minnətarlığımızı bildiririk.

      

   Qazanılmış bu qələbəyə görə Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyev cənablarının ən yüksək fəxri ad və ordenlə təltif edilməsi üçün "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in 100-lərlə üzvləri adından aidiyyəti təşklatlara rəsmi müraciət edilmişdir.

     

    Tədbir ATV, Lider TV, Azərtac və digər KİV-lərdə işıqlandırılmışdır. Tədbirdə İctimai Birliyin üzvləti ilə yanaşı Prezident Aparatı, Müdafiə Nazirliyi və digər təşkilatların nümayəndələri də iştirak edirdilər.  İB-in üzvləri bu gün səhər saatlarında Şəhidlər Xiyabanında növbədə olan Səbail Rayon Post Patrul Xidmətinin əməkdaşlarına əlilliyi olan insanlara göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər.

        

         Məlahət Abdullayeva

         03.12.2020

 

 

 

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA