Yaddaşlardan silinməyəcək unudulmaz, xeyirxah insan

          Bu yazını böyük ürək ağrısı ilə yazıram.

         "Neftçi" komandasının veteran futbolçularından biri, xeyirxah, alicənab, nəcib, səmimi, böyük ürəyə malik, vətənpərvər, milli ruhlu, adı həqiqətən də böyük hərflə yazılmağa layiq olan insan Elbrus Abbasovun vəfatı doğmalarını sarsıtdığı qədər  məni də çox sarsıtdı. Hələ də özümə gələ bilmirəm. İnsan həyatda elə bir iz qoymalıdır ki, həm sağlığında, həm də ölümündən sonra onun barəsində ancaq xoş sözlər deyilsin. Həmin bu insanlardan biri də Elbrus müəllim idi. Etdiyi saysız-hesabsız xeyirxahlıqlar danılmazdır. İnsanlar o qədər dəyişilib ki, adi sözü deməyə də nəsə umurlar. Amma Elbrus müəllim qarşısındakı insanın problemini öz problemi kimi qəbul edirdi, onun keçirdiyi həyəcanı yaşayırdı, ürəkdən, cani-dildən təmənnasız olaraq əlindən gələn qədər köməklik edirdi. Elbrus Abbasovun şəxsən mənim özümə etdiyi təmənnasız yaxşılığı heç bir maddiyyətlə ölçmək mümkün deyil, əvəzsiz bir yaxşılıqdır. Onun ruhu və ailəsi qarşısında özümü daima mənəvi cəhətdən borclu hesab edirəm. Əminəm ki, mənim kimi bir çox insanlar da Elbrus Abbasov haqqında eyni fikirdədirlər.

        

Bir neçə gün öncə telefonla danışanda torpaqlarımızın işğaldan azad olunmasına necə şad olması barədə danışdı, sevinə-sevinə "bu yaxınlarda Ağdama qayıdacağıq"-dedi.

         Həm öz adımdan, həm də rəhbərlik etdiyim "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in kollektivi adından həyat yoldaşı Gülnar bacıma, övladlarına və doğmalarına dərin hüznlə başsağlığı verirəm, Allahdan səbr diləyirəm. 

         Əziz qardaşım, deyirlər ki, ər-arvadın torpağı bir yerdən götürülür. Gülnar bacım da sənin kimi dəyərli, xeyirxah bir insandır. Allah sənə rəhmət eləsin, axirət dünyan Cənnət olsun. Amin.

 

Tahir Xudiyev

15.12.2020

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA