Erməni ordusu dinc əhalini öldürməkdə davam edir

            Bu gün "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Tərtər şəhərində yərləşən Qarabağ regionu üzrə nümayəndəliyinin rəhbəri, "Əlillər Dünyası" qəzetinin xüsusi müxbiri, Qarabağ veteranı, təqaüddə olan polis veteranı Həsənağa Bayramov cəbhədə ordumuzun üstünlüyü ilə gərgin döyüşlərin getdiyini bildirmişdir. Onun verdiyi məlumata əsasən Ermənistan ordusu humanitar müvəqqəti atəşkəş rejimini pozmaqda davam edir, bütün Qarabağ sərhəd boyu ağır artilleriyadan atəş açaraq böyük dağıntılara, dinc əhalinin ölümünə səbəb olurlar. 15 oktyabr tarixində qəbristanlıqda Tərtər şəhər sakini  Rəfiqə Məmmədovanı dəfn edərkən ermənilərin atdığı mərmilər düz qəbristanlığa düşmüş, nəticədə 4 nəfər ölmüş, 4 nəfər isə ağır yaralanmışdır. Yaxınlıqdakı avtomobillərə ziyan dəymişdir. Həlak olanlardan ikisi İsgəndər Əmirov mərhumənin kürəkəni, digəri isə onun yeznəsidir. Bir nəfər isə "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Tərtər şəhərində yaşayan fəal üzvü, məcburi köçkün, təqaüddə olan polis veteranı, 2-ci qrup Qarabağ əlili Əliş  Cümşüdoğlunun yaxın qohumu Rüstəmov Vasif Bahadur oğludur. Yaralananlar bildiriblər ki, qəbristanlıq yüksək ərazidə yerləşdiyindən ermənilər təçili yardım maşınını görüblər və qəsdən, bilərəkdən onlara atəş açıblar. Həsənağa Bayramov onu da bildirdi ki, ağır döyüşlərin getməsinə baxmayaraq yerli əhali evlərini tərk etmir, heç kim ruhdan düşməyib. Hamı "Qarabağ bizimdir"! şüarı ilə Azərbaycanın bu haqq işində Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı düşməndən azad edən qəhrəman ordumuzun yanındadır.

 

Məlahət Abdullayeva

"Əlillər Dünyası" qəzetindən

16.10.2020

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA