"Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər Dünyası" qəzetinin xətti ilə İdarə Heyəti üzvü, İctimai Birliyin Qarabağ regionu üzrə nümayəndəliyinin rəhbəri, "Əlillər Dünyası" qəzetinin xüsusi müxbiri, ehtiyatda olan polis əməkdaşı, 1-ci Qarabağ müharibəsi veteranı Həsənağa Bayramov vətən müharibəsi zamanı daima ön cəbhədə döyüşən əsgərlərimizə dəstək olmuşdur. Bu yaxınlarda o, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə şəhid ailələri üzvləri və qazilərimizlə görüşmüş, şəhidlərimizin məzarlarını ziyarət etmişdir.
Tahir Xudiyev
"Əlillər Dünyası" qəzetindən
05.01.2021