"Beynəlxalq Əlillər Cəmiyyəti"nin e-maili haker hücumuna məruz qalıb

          Məlumat üçün bildiririk ki, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər  Dünyası" qəzetinə aid a.r.bec@mail.ru və x.tahir@rambler.ru elektron poçtları 14.01.2021-ci il tarixində gecə saatlarında naməlum şəxslər tərəfindən haker  hucumuna məruz qalmışdır. Bundan sonra yenə həmin gün gecə saat 02.48  radələrində bizim  e-maillərdən əməkdaşlıq etdiyimiz bütün  təşkilatların

e-maillərinə  nalayiq sözlərlə, təhqiredici ifadələrlə yazılar göndərilmişdir.  Bu barədə 15.01.2021-ci il tarixində tərəfimizdən aidiyyəti üzrə dövlət  təşkilatları məlumatlandırılmışdır.

         Onu da qeyd edək ki, bir neçə il bundan öncə təşkilatımıza aid bec.az saytı da haker hücumuna məruz qalmışdı.

         Nəzərə almağınızı xahiş edirik. 

 

         15.01.2021

         Tahir Xudiyev

         Sədr və Baş Redaktor,

         Qarabağ müharibəsi veteranı,

         1-ci qrup əlil                                                                        

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA