Müqəddəs ziyarətgahda
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB Sədri (BƏC İB) və "Əlillər Dünyası" qəzetinin Baş Redaktoru Tahir Xudiyev, AR Baş Prokurorluğunun Veteranı, Ədliyyə Müşaviri Firdovsi Sadıxov, AMEA-nın əməkdaşı, Gədəbəyin ziyalılarından biri Füzuli Kərimov və BƏC İB-in Ağsaqqallar Şurasının üzvü, Şuşa şəhərinin sayılıb-seçilən ağsaqqallarından biri Səməd Əlişov çox yaxından tanıdığımız, şəxsiyyətinə və ruhuna böyük ehtiramla yanaşdığımız, Biləsuvar rayonu Bəydilli kəndinin ən nüfuzlu ağsaqqalı Hacı Mir Taha Ağa Zəkiyevin oğlu Mir Sahiblə birgə Ağanın əzəmətli məqbərəsini ziyarət ediblər. Sonra Mir Taha Ağanın ocağını yandıran oğlu Mir Vəlinin qonağı olub Ağa ilə bağlı xoş xatirələrini bölüşüblər.
Onu da bildirək ki, IV İmam Zeynalabddin nəslinin layiqli davamçılarından biri olan Hacı Mir Taha Ağa həm də cənub zonasının sayılıb-seçilən şəxsiyyətlərindən biri idi. İslam dini üzrə alim, ərəb, fars dillərini mükəmməl bilən Hacı Mir Taha Ağanın yüzlərlə tələbəsi olub.
Allah Hacı Mir Taha Ağaya rəhmət eləsin.
"Əlillər Dünyası" qəzetindən
01.02.2021