Quba məzarlığı ziyarət edildi
Bu gün 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏC İB) və “Turan” Türk Xalqlarının Mədəniyyət Mərkəzi İB-in təşəbbüsü ilə BƏC İB –in İdarə Heyətinin sədr müavini, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Mir Müstəqil Ağayev
və digər QHT-lərlə birgə Quba məzarlığını ziyarət etmişlər. Onlar 1918-ci ildə Azərbaycanlıların erməni daşnakları və rus bolşevikləri tərəfindən soyqırıma məruz qaldıqlarını unutmayan 1000-lərlə insanın Quba məzarlığını ziyarət etdiyini söylədilər.
“Əlillər Dünyası” qəzetindən
31.03.2021