Allah rəhmət eləsin
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Əlillər Dünyası” qəzetinin rəhbəri Tahir Xudiyev, “Turan” Türk Xalqlarının Mədəniyyət Mərkəzi İB-in Sədri Zərnişan Azayeva və BEC İB-in Qarabağ Nümayəndəliyinin rəhbəri Həsənağa Bayramov Yardımlı DİŞ polis veteranlar şurasının sədri, ziyalı, el ağsaqqalı Əlövsət Əlif oğlu Mirzəyevin vəfatından kədərləndiklərini bildirir, doğmalarına və qardaşı, BDU-nun Tədbiqi Riyaziyyat kafedrasının müdiri Fərhad Mirzəyevə dərin hüznlə başsağlığı verir və səbr diləyirlər.
Əlövsət Mirzəyev işlədiyi pedaqoji sahədə və DİN hüquq-mühafizə orqanlarında xalq və dövlətə sədaqətlə xidmət etmiş, cinayətkarlığa qarşı qatı mübariz olmuş, daima haqqın, ədalətin müdafiəçisi olmuşdur.
Allah Əlövsət müəllimə rəhmət eləsin, yeri behişt olsun.
06.04.2021