“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in kollektivi “Hüquq Müdafiəçisi” Medalı ilə təltif edildi
Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 1992-ci ildən 5 may bütün dünyada "Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü" kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir. Azərbaycanda bu qəbildən olan insanların sayı 600 min nəfərə yaxındır. Ölkəmizdə əlilliyi olan insanların sosial müdafiəsi, reabilitasiyası və əlilliyin qarşısının alınması ilə bağlı dövlət proqramları mövcuddur.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB dövlətin əlilliyi olan insanlara dair hər bir sahədə çıxardığı qanunların icra olunmasına ictimai nəzarəti həyata keçirir, bütün kateqoriyalı əlilliyi olan insanların, qaçqın və məcburi köçkünlərin, əlilliyi olan məhbusların və ailə üzvlərinin hüquqlarının müdafiəsi, sosial və tibbi problemlərinin həlli ilə məşğul olur, yeri gəldikdə ictimai vəkillik də edir, onlara psixoloji yardım, hüquqi və sosial xidmətlər göstərir, mədəni istirahətlərini təşkil edir, təhsil, müalicə almasına yardım göstərir və onların sosial-iqtisadi problemlərini ictimailəşdirir. 05.05.2021-ci il tarixində “Beynəlxalq Əlillər Cəmiyyəti” İB Hüquq Müdafiəçisi medalı ilə təltif edilib.
Bu münasibətlə BƏC İB kollektivini təbrik edir, işlərində uğurlar arzulayırıq.
"Əlillər Dünyası" qəzetindən
06.05.2021