Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilər keçirilir
Bu gün Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilər keçirilir.
“Beynəlxalq Əlillər Cəmiyyəti”
və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in sədri Tahir Xudiyev və əməkdaşımız, eləcə də Tibb xidməti şöbəsinin rəhbəri Məzahir Musayev
də həmin seçkilərdə seçici qismində iştirak etmiş layiqli namizədlərə - “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək” İB-in sədri Səbinə Kərimovaya
və “İnkişaf və rifah naminə” İB-in sədri Zəminə Səfərovaya səs veriblər.
Yaxın zamanda seçkilərin nəticəsi açıqlanacaq.
“Əlillər Dünyası” qəzetindən
06.07.2021