Daha bir gözəl insan köçdü dünyadan...

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ə, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-ə, “Əlillər Dünyası“ və “Alyans“ qəzetlərinə daha bir ağır itgi üz verdi - Ağdam rayonundan məcburi köçkün, 

Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlil, xeyirxah,  gözəl qəlbli insan Qasımov Cahid Sabir oğlu bu gün Vətən həsrəti ilə vəfat etmişdir. Dövlətçiliyimizin və müstəqilliyimizin fanatı olan

Cahid Sabir oğlu qələbə sevincini yaşasa da, aidiyyəti təşkilatlara Cəmiyyətimiz tərəfindən dəfələrlə müraciət edilməyinə baxmayaraq,  icazə verilmədiyindən, təəssüf ki, doğma ata-baba yurdunu

görmək ona qismət olmadı. Daim insanlara yaxşılıq etmək istəyən mərhumun təşkilatlarımızda xidmətləri böyükdür. Bütün tədbirlərimizdə fəal iştirak edib. “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB–in tədbirlərində Türk dövlətlərində iştirak etmək arzusunda idi. Təəssüf ki, bu, arzu olaraq qaldı.

Kollektivimiz adından qardaşı Rəhmana, oğlanları Cavid və Abbasa, həyat yoldaşı Kəmalə xanıma dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Ziyalı ailəsində böyüyən, özü də əsil ziyalı, mədəni, yüksək əxlaqa malik olan Cahid Qasımov sağlığında rəhmət qazanan insanlardan idi. Allah Cahidə rəhmət eləsin, yeri behişt olsun.

Sən həmişə bizim qəlbimizdə yaşayacaqsan.

 

Tahir Xudiyev

“Əlillər Dünyası” qəzetindən

         07.07.2021  

 

                       

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA