Əlilliyi olan xəstə insanlara qarşı 12 ildir ki, haqsızlıq-ədalətsizlik baş alıb gedir

Ədliyyə Nazirliyi İcra Baş İdarəsində özbaşınalıq o dərəcədə baş alıb gedir ki, əlilliyi olan xəstə insanlara qarşı dələduzluq edən biri barəsində məhkəmə qərarına əhəmiyyət verilmir, 12 ildir ki, icra edilmir. Amma özlərinin maraq dairəsində olanda hər hansı bir banka 5 manat borcu olan yetimi, əlili başına döyə-döyə -məhkəmə qərarıdır- deyib evlərindən bayıra atırlar. Belə sual çıxır meydana - bəs əlilliyi olan insanları aldadan bir dələduza himayədarlıq edərək barəsində olan məhkəmə qararını icra etməməkdə bunların maddi maraqları nədir?! Onlara yaxşı məlumdur ki, bu dələduz 12 ildir ki, xarici ölkədə gizlənir.

İcraçıların gözlərini pərdə o qədər tutub ki, Daxili İşlər Nazirliyini günahkar çıxardırlar. Biz məhkəmə icraçıları ilə danışan zaman DİN-ni günahkar çıxardırlar ki, bu dələduzu onlar axtarmalıdırlar. Öz üzərlərinə düşən vəzifələri, öhdəlikləri yerinə yetirməyərək polisin üzərinə yönəldirlər. Halbuku bu mülki məsələ olduğundan özləri məhkəmə qararını icra etməlidirlər.  DİN-nin bu dələduzla bağlı ölçü götürməsi üçün  məhkəmə icraçıları 1-2 il ərzində istəsəydilər özləri daxili qərar çıxardıb sənədləri təqdim edərək DİN qarşısında vəsadət qaldıraraq həmin dələduz haqqında xinayət işi açdıra bilərdilər. DİN 12 ildir ki, öz səlahiyyətləri daxilində pasport qeydiyyat axtarışına verib. Bununla da heç bir iş görmək mümkün deyil.

Hansısa bir dövlət qurumuna tərəfkeşlik edib digərini günahkar çıxarmaq istəmirik. Biz uzun illərdir ki, Ədliyyə Nazirliyi ilə rəsmi əməkdaşlıq edirik. Lakin bu o demək deyil ki, biz məhkəmə icraçılarının ədalətsiz, haqsız işinə göz yummalıyıq.

Artıq sağlamlığımız imkan vermir ki, bu işin ardınca gedək. Açıq-aydın görünür ki, 12 ildir ki, bu dələduzu dəstəkləyən hansısa bir qüvvə var. Bu məsələni  ictimailəşdirməkdən başqa bir əlacımız qalmayıb. İctimaiyyətdən və kütləvi informasiya vasitələrindən dəstək istəyirik, öz səhifələrində işıqlandırsınlar. Haqq nazilər, amma üzülməz. Ümidimizi Allahdan üzmürük, yəqin ki, nə vaxtsa  haqq-ədalət yerini tapar. 

Biz əlilliyi olan insanları küçələrə çıxardaraq piket yolu ilə  yox, sivil yolla hüquqlarımızı tələb edirik.

 

“Əlillər Dünyası” qəzetindən

27.07.2021

 

           

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA