Heç bir dövlət təşkilatlarını saymayan tikinti şirkətləri

İctimaiyyət üçün yazılan bu yazını xahiş edirəm hamı paylaşsın.

Görün bu tikinti şirkətləri sakinlərin başına necə oyun açır. Tikinti şirkətlərinin özbaşınalığının qarşısını ala bilən bir dövlət qurumu yoxdur. Hansı dövlət təşkilatına müraciət edirsən deyirlər ki, şirkətin daxili işidir. Amma Nizami rayonunda 6 il bundan əvvəl başlayan söküntü zamanı sabiq icra başçısı Arif müəllim şəxsən özü sakinlər qarşısında çıxış edərək bildirdi ki, mən  Prezidentin səlahiyyətli nümayəndəsi kimi tikintinin 2 il müddətinə başa çatacağına söz verirəm. Sakinlər də inanaraq şəxsi evlərindən çıxdılar. 2 ilə təhvil verilməli olan bina 6 ildir ki, hələ də “tikilməkdədir”. Bununla bağlı dövlət təşkilatlarına saysız-hesabsız şikayətlər etsək də etinasız yanaşıldı. Çıxış yolunu mitinqdə görərək Bakı Şəhər İcra Hakimiyyətinə mitinq keçirməyə icazə verməsi üçün müraciət etdik. Lakin sonra bunun çıxış yolu olmadığını başa düşərək sivil yolla haqqımızı tələb edərək bu məsələni ictimailəşdirmək  qərarına gəldik.  

 

"Əlillər Dünyası" qəzetindən      

28.07.2021                                                

 

 

                           

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA