Haqqa hidayət edənlər

Hər il zilhiccə ayının 18-də İslam aləminin böyük bayramlarından biri Qədir-Xum bayramı qeyd olunur. Həmin gün Məhəmməd peyğəmbər (s) Əli ibn Əbu Talibi canişin təyin etməsi kimi böyük bir tarixi hadisə baş verib. Vaxtı ilə xəlifələr siyasi səbəblər üzündən bu böyük tarixi hadisəni xatirələrdən silmək istəsələr də, göründüyü kimi bu tarix heç vaxt insanların yaddaşından silinməyəcək. Hətta həmin gün Məhəmməd Peyğəmbər (s.ə.v) mühacir və ənsara, hətta öz həyat yoldaşlarına belə göstəriş vermişdi ki, Əlinin (ə) hüzuruna gedərək imamət və vilayətinə görə onu təbrik etsinlər.

        

Üç ildir ki, hər il iyul ayının 29-u görkəmli din xadimi Hacı Seyid Mir Taha Ağanın anım günü kimi qeyd edilir. 1934-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olmuş Hacı Mir Taha Zəkiyev IV İmam Zeynalabddinin nəslinin layiqli davamçılarından, cənub zonasının sayılıb-seçilən şəxsiyyətlərindən idi. Cənub bölgəsində çox məşhur din xadimi sayılan Axund Molla Hüseyndən dərs alan, ömrünün 60 ilini İslam dininin, müqəddəs kitabımız Quranın təbliğinə həsr edən İslam dini üzrə alim, ərəb və fars dillərini mükəmməl bilən Hacı Mir Taha dayının yüzlərlə tələbəsi olub.

Xalqımızın dini təfəkkür tarixində istedadı, ağlı, zəkası, yüksək  şəxsi keyfiyyətləri ilə silinməz izlər qoymuş Hacı Seyid Mir Taha Ağanın xatirəsi hər bir insan üçün doğma və əzizdir.

Bu il Hacı Mir Taha Ağanın anım günü İslam aləminin müqəddəs Qədir-Xum bayramı ilə eyni günə təsadüf edir.

 

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Əlillər Dünyası” qəzeti kollektivi adından Müqəsddəs Qədir-Xum bayramı münasibəti ilə bütün müsəlmanları təbrik edirik.

Hacı Mir Taha Ağaya Allahdan rəhmət diləyir, ruhu şad olsun-deyirik. Allah başda Mir Vəli Zəkiyev olmaqla Hacı Mir Taha Ağanın ocağında yurdçu olanların hamısına cansağlığı versin.

 

Tahir Xudiyev

“Əlillər Dünyası” qəzetindən

29.07.2021

 

 

           

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA