Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın tərkibi açıqlandı

22 sentyabr tarixində Dövlət Gömrük  Komitəsi yanında İctimai  Şuraya seçkilərin ikinci turu keçirildi. Xatırladırıq ki, 21 sentyabr tarixində Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən seçkilərin birinci mərhələsində 23 namizəddən yalnız bir nəfər - Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızı  132 səs toplayaraq seçilmişdi.  İkinci turda 22 namizəd 12 yer uğrunda mübarizə apardı.

 “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in əməkdaşları da seçicilər sırasında layiqli namizədlərə səs verdilər. Seçki uğurla başa çatdı. Onu da qeyd edək ki, digər ictimai şuralara seçkilərə nisbətən bu seçki daha şəffaf, obyektiv keçdi.

 

Kollektivimiz adından Dövlət Gömrük  Komitəsi yanında İctimai  Şuranın bütün üzvlərini təbrik edirik və işlərində uğurlar arzulayırıq.

İctimai Şuraya seçilmiş şəxslərin siyahısını təqdim edirik:

1. Dadaşova Şəbnəm Rəfael qızı “Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi İctimai Birliyi (QHT)

2.Əliyev Ramil Arif oğlu “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi (QHT)

3. Axundzadə Elçin Rəşid oğlu “Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyi (QHT)

4.Bayandurov Nazim İsmayıloviç “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyi (QHT)

5.Bayramov Çingiz İbrahim oğlu “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” İctimai Birliyi (QHT)

6.Əliyev Vüsal Yusif oğlu “Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyi (QHT)

7.Əliyev Müqamət Süleyman oğlu “Gənc Vətənpərvərlər” İctimai Birliyi (QHT)

8.Zülfüqarlı Aytac Sədrəddin qızı “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (QHT)

9.Əzəmmədov Hafiz Firidun oğlu “Azərbaycan Gənc Marketoloq-Reklamçılar” İctimai Birliyi (QHT)

10.Muradov Elməddin Nadir oğlu “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi (QHT)

11.Ədilzadə Ədil Tahir oğlu “Sabahinfo” İnformasiya Agentliyi (KİV)

12.Əhmədzadə Xanım Ağamirzə qızı “Hüquqşünas Qadınlar Asossiasiyası” İctimai Birliyi (QHT)

13.Məmmədov Namiq Məmməd oğlu “Sabaha İnamla” qəzeti (KİV).

 

Tahir Xudiyev

“Əlillər Dünyası” qəzetinin Baş Redaktoru

23.09.2021

        

 

 

 

 

                           

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA